Amaliya Pənahova vəfat etdi

Amaliya Pənahova vəfat etdi
Загрузка...

Xalq artisti Amaliya Pənahova dünyasını dəyişib.

Bu barədə məlumatı əməkdar artist Hüsniyyə Mürvətova sosial şəbəkədə yayıb. 

Onun sözlərinə görə, A. Pənahova gecə saatlarında vəfat edib: "Amaliya xanım bir müddətdir xəstəlikdən əziyyət çəkirdi".

Qeyd edək ki, xalq artistinin 73  yaşı var idi.

Xatırladaq ki, A. Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. Prezident təqaüdçüsü olan aktrisa 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olib. 

2013-cü ildə "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb .

17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib. 





Загрузка...
Загрузка...

Xəbər lenti