Almaniyadan 61 azərbaycanlı geri qaytarılıb

Almaniyadan 61 azərbaycanlı geri qaytarılıb
Загрузка...
 "Onlardan 22-si kişi, 18-i qadın, 21-i uşaqdır”
Noyabrın 14-də Almaniyadan 61 azərbaycanlı geri qaytarılıb. Məlumatı Dövlət Miqrasiya Xidməti (DMX) yayıb. DMX xatırladıb ki, azərbaycanlıların geri qaytarılması "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişə əsaslanır: "Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib. Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaqdır”.
Readmissiya olunan Azərbaycan vətəndaşlarını Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının qarşıladığı qeyd olunub. Noyabrın 13-də alman polisi Azәrbaycandan Almaniyaya miqrant daşıyan dəstə aşkarlayıb. Məlumatı Almaniyanın "spiegel.de” saytı yayıb. Bildirilib ki, Almaniyanın Frankfurt Mein, Köln, Koblenç və Düsserdorf şəhərlərində reyd keçirilib, 13 ev vә obyektә basqın edilərək, bir neçә nәfәr hәbs olunub. Dəstə üzvlәrinin qaçaq yolla Azәrbaycandan xeyli sayda insanı Almaniyaya apardıqları söylənilir.
Bundan əlavə "Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Almaniyada yaşayan siyasi mühacir, Müsavat Partiyasının üzvü Mehdi Xəlilbəylinin də saxlanıldığı bildirilib. Baş verənlərdən sonra icazəsiz yaşayan, deport qərarı alan azərbaycanlıların ölkədən çıxarılmasının sürətləndirildiyi haqda məlumatlar yayılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti