Almaniyada yaşayan mühacir: "AccesBank mənə çatacaq 2400 manat kompensasiyasını ödəmir"

Almaniyada yaşayan mühacir:
Загрузка...
"Əsas devizi müştərilərinin həyatını asanlaşdırmaq olan "AccessBank" mənim işimi xeyli çətinlə salıb. Mənə çatacaq 2400 manat kompensasiyasını ödəmir". Bu sözləri Criminal.az-a Yaradımlı rayon sakini Valeh Hüseynli deyib.
V.Hüseynli deyir ki, 2015-ci ildə "AccessBank"ın Bakıxanov filialından 10.000 dollar kredit götürüb. Onun sözlərinə görə, krediti götürəndən təxminən 1 ay sonra, ölkədə devolvasiya oldu, buna baxmayaraq, banka olan borcunu tam ödəyib:
"Bu ilin əvvəlində, Prezidentin Banklara dollar fərqinə görə ödənilmiş pullar, vətəndaşlara geri qaytarilmasi ilə bağlı fərman verdi. Bu fərmandan sonra, mənə çatası 2400 AZN kompensasiyanı, AccessBank mənə ödəmir. Hal-hazırda ölkədə olmadığım üçün, öncə vəkilim, Fuad Şirinova etibarnamə göndərdim, Bank o etibarnaməni qəbul etmədi. Bankın tövsiyə etdiyi etibarnaməni hazirlayib, Azərbaycan Respublikasının Berlindəki Konsulluğunda rəsmiləşdirib qardaşım Dadaşov Taleh Əlisalam oğlunum adına göndərdim. Bu dəfə isə Bank etibarnaməni tanımadı və saxta  olduğunu iddia edir. Etibarnaməni verən orqan isə, Azərbaycan Respublikasının, Almaniya Fedarativ Respublikasındaki, konsulliğudur. Necə ola bilər ki, konsulluğun verdiyi etibarnaməni bank saxta saya bilər? Dəfələrlə Banka rəsmi müraciyət etsəmdə mənə cavab vermillər". 
Bankın mətbuat xidmətinin rəhbəri İlkin Əhmədov Criminal.az saytına açıqlamasında bildirdi ki, "Accesbank" müştəri V.Hüseynlinin kompensasiyasını verməkdə maraqlıdır. Sadəcə onun təqdim etdiyi sənədlə bağlı anlaşılmazlıq var.
"Müştərinin təqdim etdiyi etibarnamədə möhür olmayıb. Bankda da şübhə yaranıb ki saxta ola bilər. Biz ondan sənədin əslini istədik, amma banka təqdim olunan sənədin surəti idi, həmin sənəddə də möhür görünmürdü. Məbləğin balansımızda qamasında maraqlı deyilik. Bank olaraq həmin məbləği ödəməkdə daha çox maraqlıyıq. Problem qısa zamanda həllini tapacaq". 
Məlumat üçün bildirək ki, V.Hüseynli Almaniyada mühacir həyatı yaşayır. 












Загрузка...
Загрузка...

Xəbər lenti