Avropa çempionunu xəstəxanada güllələyən Babək Həsənovu İnterpol yaxaladı - FOTO

Avropa çempionunu xəstəxanada güllələyən Babək Həsənovu İnterpol yaxaladı - FOTO
Загрузка...

İnterpolun Sankt-Peterburq şöbəsi bu ilin aprelində Ukraynanın Odessa şəhərində boks üzrə Ukrayna və Avropa çempionu Sergey Lyaşkonu güllələyən Azərbaycan vətəndaşını həbs edib. Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Şəmkir rayonunda anadan olmuş 24 yaşlı Babək Həsənovun yaxalanması əməliyyatı oktyabrın 5-də keçirilib.

Əməliyyat Federal Miqrasiya Xidmətinin Vasilyevsk adası rayonu üzrə idarəsində başa çatıb. Əməliyyatçılar Həsənovu yaxalayaraq əvvəlcə polis bölməsinə, ardınca Ukraynaya ekstradsiya olunmaq üçün miqrasiya şöbəsinə aparıblar. Bu səs-küylü qətl hadisəsi aprelin əvvəlində baş verib. Tailand boksu üzrə Avropa çempionu Sergey Lyaşko axşam saat 20 radələrində Odessanın Deribasovsk küçəsində gəzərkən bir qrup azərbaycanlı ilə onun arasında münaqişə yaranıb. Münaqişənin qız üstündə baş verdiyi bildirilir. Davada Lyaşko yumruqlarının hesabına qalib gəlsə də daha sonra silah işə düşüb. Sergey kürəyindən, onun 40 yaşlı tanışı isə ağciyərindən güllə yarası alıb. Yaralılar Odessanın “yəhudi xəstəxanası” kimi tanınan 1 nömrəli kliniki tibbi mərkəzinə çatdırılıb. Lakin gecə saat 1 radələrində 8 nəfərlik qrup xəstəxananın qəbul şöbəsinə basqın edib. Bu vaxt yarası yüngül olan Lyaşko tanışına rentgen kabinetində kömək edirmiş. Quldurlardan biri Lyaşkoya tapançadan dalbadal atəş açaraq onu öldürüb. Bundan sonra hücum edənlər pəncərədən həyətə tullanıblar və Litva nömrəli, “BMW 525” markalı avtomobillə hadisə yerindən uzaqlaşıblar. 

Şahidlər avtomobilin nömrəsindən ancaq 100 rəqəmini yadda saxlayıblar. Ertəsi gün səhər Odessanın mərkəzində azərbaycanlıların iki kafesi - “Sultan” və “Apşeron” yandırılıb. Az sonra jurnalistlər üçün keçirilən brifinqdə polis rəsmiləri bildiriblər ki, boksçunu güllələyən Azərbaycan vətəndaşıdır. Ukrayna tərəfi şübhəlinin barəsində beynəlxalq axtarış elan edib. Əməliyyatçılar müəyyən ediblər ki, Babək Həsənov adlı həmin şəxs törətdiyi cinayət hadisəsindən iki həftə sonra - aprelin 15-də Ukraynanı tərk edib və Rusiyaya keçib. Simferepol-Peterburq reysi ilə Rusiyaya gələn Babək Həsənov Peterburqda çox ləngiməyib və Novqorod vilayətinə yollanıb. Orada saxta nikaha girib və Rusiyada yaşamaq icazəsi alıb. Bu yaxınlarda Peterbuqa qayıdaraq vətəndaşlıq almaq üçün sənədlərini verib. Lakin Həsənovun Ukraynanın onun barəsində beynəlxalq axtarış elan etməsindən xəbəri olmayıb. Bu axtarış əsasında İnterpolun Peterburq bölməsi Həsənovun yerini müəyyən edib. İnterpoldan olan əməliyyatçılar Vasilyevsk adası rayonunun polis bölməsi ilə razılaşdırılmış əməliyyata başlayaraq Həsənovu guya vətəndaşlıq almaq üçün təqdim etdiyi sənədlərlə bağlı dəqiqləşdirmələr aparmaq üçün telefonla polis bölməsinə çağırıblar. 

''Ağlıma gəlməzdi ki, Rusiya məni Ukraynanın müraciəti əsasında axtaracaq''.

 Əməliyyatçılar deyir ki, Həsənov bölməyə daxil olan kimi onu gözləyən mülki geyimli şəxslərin İnterpol əməkdaşları olduğunu tanıyıb, sifəti əyilib. Əməliyyatçılar deyib ki, Həsənovun silahlı və olduqca çılğın biri olduğunu bildiklərindən onun yaxalanmasını küçədə həyata keçirmək riskli idi. Polis bölməsində dindirilərkən Həsənov “Azərbaycanda nüfuzlu ailənin övladı olduğunu” deyib. “Bəs necə oldu ki, ələ keçdin?”-əməliyyatçılar ona ritorik sual veriblər və maraqlı cavab alıblar: “Mən axtarışda olduğumu bilmirdim. Üstəlik ağlıma gəlməzdi ki, Rusiya məni Ukraynanın müraciəti əsasında axtaracaq”. İnterpol isə bildirir ki, Ukrayna ilə Rusiya arasındakı siyasi problemlərə baxmayaraq cinayətkarların axtarışı və ekstradisiyasını heç kim ləğv etməyib. Ona görə də Həsənovun Ukraynaya təhvil verilməsi prosedurlara uyğun həyata keçiriləcək.

Criminal.az

Avropa
Загрузка...
Загрузка...

Xəbər lenti