Almaniyada tibb bacısı yeni doğulmuş körpələri öldürməyə cəhddə ittiham edilir

Almaniyada tibb bacısı yeni doğulmuş körpələri öldürməyə cəhddə ittiham edilir
Загрузка...
Almaniyanın cənub-qərbindəki qurumlar beş yeni doğulmuş körpəni öldürməyə cəhd etməkdə şübhəli bilinən tibb bacısını saxlayıblar. Ulm şəhərinin polisi bildirib ki, tibb bacısı morfinlə körpələri öldürməyə çalışıb. "Reuters”-in xəbərinə görə, bəziləri vaxtından əvvəl dünyaya gəlmiş körpələrin hamısı dekabrın 20-də nəfəs darlığından əziyyət çəkərək eyni vaxtda xəstələniblər.
Təcili tibbi müdaxilədən sonra onların vəziyyəti stabilləşib. Körpələrin uzunmüddətli sağlıq problem ilə üzləşməyəcəyi bildirilir. "İlk saatlarda bir gün və bir aya qədər yaşı olan beş körpə demək olar ki, eyni anda nəfəs darlığı keçirib”,- Ulm polisinin rəhbəri Bernhard Veber (Bernhard Weber) cümə axşamı mətbuat konfransında bildirib. Xəstəxana rəhbərliyi əvvəlcə infeksiyadan şübhələnib, amma sidik testləri bu fərziyyəni inkar edib.
Daha sonra beş körpənin beşində də morfin izləri aşkar edilib. Körpələrdən ikisinə heç bir dərman tətbiqi təyin edilməyibmiş. Asılı olan analardan doğulan körpələrin geri çəkilmə əlamətlərini (uyuşturucu kəsilincə ortaya çıxan əlamətlər) müalicə etmək üçün morfin müntəzəm olaraq xəstəxananın neonatal şöbələrində saxlanılır. Müstəntiqlər simptomların yarandığı vaxtdan belə nəticəyə gəliblər ki, zəhərlənmə gecə növbəsində baş verib.
Daha sonra həmin növbədə olmuş tibb bacılarından birinin soyunma kabinəsində morfin təsirli körpə südü olan bir şpris tapılıb. Səlahiyyətlilər tərəfindən kimliyi təyin olunmayan, lakin "gənc” kimi təsvir olunan tibb bacısı şprisin tapılmasından sonra həbs olunub. O, ciddi bədən xəsarəti və öldürməyə cəhd ittihamlarını rədd edir.

Xəbər lenti