Almaniyada azərbaycanlı miqrant qadını döydülər Almaniyada azərbaycanlı miqrant qadını döydülər

Almaniyada azərbaycanlı miqrant qadını döydülər
Загрузка...
"Azərbaycandan sığınacaq üçün müraciət etmiş Sevinc (41 yaş) adlı bir qadın vəhşicəsinə döyülüb. Hazırda o, Frankenthal şəhər xəstəxanasındadır (Lamsheim County, Rhineland-Palatinate). Qadının sol ayağı sınıb, bədənində çoxsaylı xəsarət və qançırlar var. Bu xəsarətlər qadına Lamsheimdəki qaçqın sığınacağında yetirilib". Modern.az xəbər verir ki, bunu Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev bildirib.
Ə.Əliyev bildirir ki, K. Sevinc Almaniyaya üç il əvvəl Azərbaycandan gəlib. Qısa müddətdə əczaçılıq peşəsinə yiyələnib alman dilini öyrəndikdən sonra tibb bacısı kimi işləməyə başlayıb. On iki gün əvvəl sığınacaqda qonşu qadınla mübahisə edib.
Hadisə zamanı qonşu qadının iki oğlu onu yumtuq və təpiklə vəhşicəsinə döyüblər və agır xəsarət yetiriblər. Təbii ki, baş verənlər qadının yaddaşında dərin iz buraxacaq. Lakin ən pisi odur ki, o, gələn həftə sığınacağa qayıtmalı və daha əvvəl onu döyən insanların qonşuluğunda yaşamağa davam etməlidir. O isə bunu ölümə bərabər hesab edir. Məlumat üçün bildirək ki, xanıma hücum edən şəxslər (17.19 yaş) haqqında polis qəsdən ağır bədən xəsarəti yetirmə ittihamı ilə cinayət işi başlasa da, onlar hələki azadlıqdadır.
Загрузка...
Загрузка...

Xəbər lenti