Almaniya hakimiyyəti Müsavat Partiyasının AKM üzvünü azad edib

Almaniya hakimiyyəti Müsavat Partiyasının AKM üzvünü azad edib
Загрузка...
Almaniyada Müsavat Avropa Koordinasiya Mərkəzinin üzvü Mehdi Xəlilbəyli həbsdən azad edilib. O, ötən ilin noyabrında qeyri-leqal miqrasiyanın təşkili ittihamları ilə bağlı barələrində cinayət işi açılmış 8 Azərbaycanlı arasında idi.
İş Azərbaycan vətəndaşı - Xəlilbəylinin sürücüsü Rəşad Məmmədovun şikayəti əsasında başlamışdı. Basta2.com saytının məlumatına görə, Xəlilbəyli Konlensk Məhkəməsinin ilk iclasındaca bəraətverici əsaslarla azad edilib. "Qeyri-leqal miqrasiya haqqında iş" Azərbaycanda böyük rezonans doğurub.
Hakimiyyətyönlü KİV-lər və bəzi siyasi mühacirlər bu işdə Müsavat Partiyasını və Azərbaycanın digər müxalifət qüvvələrini bu işdə əli olmaqda ittiham etməyə tələsiblər.

Xəbər lenti