Alman parlamentarilər Azərbaycandan pul almaqda şübhəli bilinirlər

Alman parlamentarilər Azərbaycandan pul almaqda şübhəli bilinirlər
Yanvarın 30-da Bundestaq Meklenburq-Ön Pomeraniyadan Xristian Demokratik İttifaqının (XDİ) deputatı Karin Strenzi deputat toxunulmazlığından məhrum edib. Ötən il parlament onu 20 min avro cərimə etmişdi. O, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın maraqlarını lobbiləşdirmək üçün ən azı 22 min avro rüşvət almaqda ittiham olunur, DW bildirib.
Cümə axşamı Strenzin barəsində istintaqla əlaqədar prokurorluq, Federal Cinayət İşləri İdarəsi və Belçika polisinin 100-ə yaxın əməkdaşı 16 obyektdə: Bundestaqda deputatın ofisi, Berlindəki şəxsi mənzili, həmçinin Berlində yaşayış yerlərində, ofislərdə və vəkil kontorlarında, Meklenburq-Ön Pomeraniyada və Bavariyada federal torpaqlarda, həmçinin Belçikada axtarış aparıblar. Bu işdə onunla birlikdə Bundestaqın Bavariya Xristian Sosial İttifaqından (XSİ) keçmiş deputatı, daxili işlər naziri yanında sabiq parlament katibi Eduard Lintner də keçir.
Prokurorluğun məlumatına görə, Lintner 2008-ci ildən 2016-cı ilə qədər Baltik ölkələrində banklarda hesabı olan saxta Britaniya şirkətləri vasitəsilə Azərbaycandan 4 milyona yaxın avro alıb. Öz mükafatını götürdükdən sonra bu pulun xeyli hissəsini AŞPA-nın ayrı-ayrı üzvlərinə göndərib. Onlar Azərbaycandakı seçkilərlə bağlı müsbət rəy verməli və bu ölkədə siyasi məhbusların azad edilməsi tələblərinə qarşı çıxmalı idilər.
Azərbaycanın maraqlarının lobbiləşdirilməsi və ələ alnıma ilə bağlı işdə üçüncü şübhəli də var, istintaq hələlik onun adını açıqlamır. O, saxta firma yaratmaqda və AŞPA üzvlərinin ələ alınması məqsədilə Azərbaycandan pul vəsaitlərinin köçürülməsi üçün özünün vəkil kontoru vasitəsilə bank hesabları açmaqda ittiham olunur, DW qeyd edir. (Turan.az)

Xəbər lenti