Ali Məhkəmənin tanınmış hakimləri "vuruldu" Ali Məhkəmənin tanınmış hakimləri

Ali Məhkəmənin tanınmış hakimləri
Загрузка...
Ali Məhkəmənin tanınmış hakimləri ilə bağlı sərt qərar verilib. Criminal.az saytının əldə etdiyi məlumata görə, hakimlər İbayev Vəfaddin Ələm oğlu, Mülki Kollegiyanın sədri Məmmədova Şəlalə Ağakərim qızı, İsgəndərov Akif Əsgər oğlu, Seyfəliyev Əli Səlim oğlu və Kalbalıyev Aslan Kalbalı oğlu aşağı instansiya məhkəmələrinə göndəriliblər. 
İlkin məlumata görə, həmin hakimlər rayon məhkəmələrinə hakim təyin olunublar.  Ali Məhkəmənin hakimlərinin aşağı instansiyalara göndərilməsinin səbəbi məlum deyil.  
Məsələ ilə bağlı Ali Məhkəmədən münasibət öyrənmək mümkün olmadı. 
 
İsgəndərov Akif Əsgər oğlu
 
Kalbalıyev Aslan Kalbalı oğlu
 
 İbayev Vəfaddin Ələm oğlu

Məmmədova Şəlalə Ağakərim qızı
  
Seyfəliyev Əli Səlim oğlu

Xəbər lenti