Ali Məhkəmənin hakimi video ilə şantaj olunub

Ali Məhkəmənin hakimi video ilə şantaj olunub
Ali Məhkəmə yayılan video ilə bağlı açıqlama verdi Ali Məhkəmə hakimə məxsus olduğu deyilən və sosial şəbəkələrdə yayılan şəxsi videogörüntülərlə bağlı açıqlama yayıb. Criminal.az həmin açıqlamanı təqdim edir:
"Ali Məhkəmə son günlər sosial şəbəkələrdə yayılan Ali Məhkəmənin hakimi barəsində təhqiramiz, həqiqətə uyğun olmayan təsvirləri ilə bağlı öz qəti mövqeyini bildirməyi zəruri hesab edir.
Ali Məhkəmə hesab edir ki, bu cür saxtalaşdırılmış məlumatların yayılması cəmiyyətimizin dəyələrinə zidd olan hərəkət olmaqla yanaşı, ümumilikdə dövlət hakimiyyətinin məhkəmə qoluna qarşı rəzil qəsd sayılmalıdır. Yayılmış məlumatla bağlı lazımi tədbirlərin görülməsi üçün müvafiq dövlət qurumlarına müraciət edilmişdir. Ali Məhkəmənin hakimləri öz həmkarının və bütövlükdə məhkəmə hakimiyyətinin nüfuzunun ləkələnməsinə yönəlmiş belə cəhdləri qətiyyətlə pisləyir və həmvətənlərimizi belə uydurma məlumatları yaymaqdan çəkinməyə çağırırlar”.

Xəbər lenti