Mübariz Mənsimovun tərəfdarlarının aksiyasında jurnalistlər döyülüb Mübariz Mənsimovun tərəfdarlarının aksiyasında jurnalistlər döyülüb Mübariz Mənsimovun tərəfdarlarının aksiyasında jurnalistlər döyülüb

Mübariz Mənsimovun tərəfdarlarının aksiyasında jurnalistlər döyülüb
Загрузка...
Ramin Deko: "Özümü yera atdılar, ayaqlamağa və vurmağa başladılar”
Martın 18-də "Palmali” Şirkətlər Qrupunun həbsinə etiraz olaraq bir qrup şəxs Türkiyənin Bakıdakı səfirliyi qarşısında aksiya keçirməyə cəhd edib. Ancaq polislər aksiyanı dağıdıb və bu zaman jurnalist jileti geyinən jurnalistlər də fiziki təzyiqə məzruz qalıblar. Jurnalistlərdən Ramin Deko bu barədə məlumat paylaşıb. Ramin Deko döyüldüyünü və aksiyanı çəkdiyi mobil telefonun alınaraq sındırıldığını bildirib:
"Polis əvvəl sakit davranırdı, amma bir neçə dəqiqə sonra onlara əmr verildi və jurnalistlərə hücum etdilər və onları döyməyə başladılar. Mənim telefonumu əlimdən aldılar və asfalta çırpdılar. Özümü yera atdılar, ayaqlamağa və vurmağa başladılar. Qolumdan və ayağımdan xəsarət aldım, üzümdə qançırlar var". 

Ramin Deko
Başqa bir bloger Təbriz Mirzəyev də deyilənləri təsdiqləyib və o, 10-dan çox jurnalistin xəsarət aldığını qeyd edib. Onlar hamısı sarı julet geyinmiş və mətbuat kartı taxmışdı. "Bizi vəhşicəsinə döydülər, kameralarımızı qırdılar. Biz oradan uzaqlaşıb maşına mindikdən sonra polis qapını açıb bizi maşının içində də döyməyə və təhqir etməyə başladı. Biz DİN-ə şikayət vermək niyyətindəyik", - deyə T.Mirzəyev bu barədə "Turan”İA-a bildirib.
Bakı Şəhər Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev deyilənlərlə bağlı "hadisə araşdırılandan sonra açıqlama verəcəyik” deyə reaksiya verib.

Xəbər lenti