AKİM BƏDƏLOVUN "QARA QUTU"SU

29 İyul 2020, 23:40
29 İyul
2020
23:40
3584
BÜDCƏYƏ UZANAN ALTERNATİV YOLLAR VƏ BƏRPA OLUNMAYAN ZƏRƏR
Ötən il ləğv edilmiş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi 300-ə yaxın işçinin 4 aylıq maaşını verməyib. Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, keçmiş agentliyin sədri Akim Bədəlov bunu qurumun ləğv edilməsi və pulunun olmaması ilə izah edir. Amma baxın, 2010-2019-cu illərdə dövlət agentliyinə rəhbərlik etmiş Akim Bədəlov 9 il ərzində büdcəyə bərpa olunmayan nə qədər zərər vurub.

Jurnalist qeyd edir ki, təqdim edəcəyi faktlar və sənədlər Dövlət Təhlükəsizlik Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi üçün də maraqlı olar.
Agentliyin sədri Akim Bədəlov həmin vəzifəyə təyin olunandan öncə MACAZ MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİ qeydiyyatdan keçirib. Sənədlərdən də məlum olduğu kimi Xətai rayonu Qaçaq Nəbi küçəsi ev 4, mənzil 170-də hüqiqi qeydiyyata alınmış şirkətin 100 faizlik pay hüququ ilə təsisçisi keçmiş agentlik rəhbərinin oğlu AQŞİN BƏDƏLOV AKİM oğludur.

Bədəlovların təsisçisi olduğu digər şirkət isə "MACAZ CONSTRUCTİON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİdir.
Akim Bədəlovun agentliyə sədr təyin olunmasına qədər bu şirkətlərin elə bir fəaliyyəti olmayıb. 2013-cü ildən isə bu şirkətlər həm agentliyin, həm də digər dövlət qurumlarının iri sifarişlərini əldə edib. Hətta o qədər böyük vəsaitlər əldə edib ki, Bədəlovlar 2016-cı ilin aprelində qonşu Gürcüstanda "MACAZ GEORGİA" LTD şirkətini təsis edib.
1000 lari nizamnamə kapitalı ilə Gürcüstan Ədliyyə Nazirliyinin Milli Qeydiyyat Agentliyində qeydiyyatdan keçən "MACAZ GEORGİA" LTD-nin təsisçisi Aqşin Bədəlovun oğlunun ""MACAZ" MMC-dir. Macaz MMC-nin qanuni təmsilçisi Aydın Rza oğlu Məmmədov Gürcüstandakı törəmə şirkətin də direktoru təyin edilib.

Akim Bədəlovun öz vəzifə səlahiyyətlərini aşaraq Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tenderlərini oğlunun şirkətlərinə yönəldib. Məsələn, 2014-cü ildə "Layihə-smeta sənədlərinin hazırlanması üçün məsləhətçi xidmətlərin satın alınması" adı altında dövlət büdcəsinə aid 503 min manatı "Macaz Construction" MMC-yə ötürüb.
Şirkət 2013-cü ildə Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin 280 min manatlıq tenderinin (Yeni tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması) "qalibi" olub.

Akim Bədəlov 2017-ci ildə oğlunun şirkəti üçün Ali Məhkəmədən 26.900 manatlıq daha bir tender (Ali Məhkəmə ali Məhkəmənin inzibati binasında havalandırma xidmətinin satın alınması) əldə etməyə nail olub.
2011-ci ildə Milli Onkologiya Mərkəzinin müalicə diaqnostika korpusunun tikintisi və əsaslı təmiri "MACAZ" MMC-yə verilib.
Həmin "MACAZ CONSTRUCTİON” Milli Sağlamlıq Mərkəzi 2011-ci ildə şirkəti tərəfindən layihəsi hazırlayıb və tikintisi Bədəlovların ortaq olduğu "XGETYM MMC"-yə həvalə olunub.
2012-ci ildə "MACAZ CONSTRUCTİON” şirkəti Samux AQROENERGETİK KOMPLEKSİ-nin layihəsini hazırlayıb, tikintisi "XGETYM MMC tərəfindən aparılıb.
2013-cü ildə keçmiş agentlik rəhbəri Buzovna qəsəbəsində iri YAŞAYIŞ VƏ İSTİRAHƏT KOMPLEKSİ tikdirib. Kompleksin layihəsi "MACAZ MMC CONSTRUCTİON” MMC tərəfindən hazırlanıb, tikintisi "MACAZ" MMC tərəfdən aparılıb.

Məlumatlara görə 2013-cü ildə Milli Onkologiya Mərkəzinin yeni diaqnostika korpusunun layihəsi də "MACAZ CONSTRUCTİON” şirkəti tərəfindən hazırlanıb. Əslində isə Bədəlovun oğlu layihənin hazırlanmasını Macarıstanın CÉH Tervező, Beruházó és Fejlesztő zRt. (https://ceh.hu/…/projec…/azerbajdzsan-baku-onkologiai-epulet) şirkətinə sifariş verib və "MACAZ" MMC bu sifarişidə makler şirkət rolunu oynayıb.
2014-cü ildən başlayaraq "MACAZ MMC” Bakıda Ağ Şəhər layihəsi çərçivəsində "ERA TOWER” 22 mərtəbəli yaşayış binalarını tikib.



















Xəbər lenti
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
Digər xəbərlər
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Eldar Mahmudovun oğlunun adı Londonda yeni şirkət sənədlərində ortaya çıxıb
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Kəmaləddin Heydərovun bacısı qızının Londondakı şirkəti bağlandı
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Özünü "qul" hesab edən keçmiş nazir müavininin biznesi aşkarlandı
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Nazir müavini xanım məmurla Çexiyada şirkət işlədir
-
Sənəd, Manşet, Foto, Korrupsiya
23 il baş nazirin müavini olan Abid Şərifov nəvəsinə Şəkidə istirahət kompleksi tikdirib
-
Sənəd, Manşet, Foto, Korrupsiya
PALMA ADALARI VƏ 300 HEKTARLIQ ŞUŞA (Sənədlərin izi ilə)
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Sabiq nazirin gömrükçü oğlunun İsveçrədə də şirkəti varmış
-
Sənəd, Manşet, Foto, Korrupsiya
"Səs-küylü "dərman işi"nə görə məhkum edilmiş gömrük generalının oğlu İngiltərədə şirkət təsis edib
-
Sənəd, Manşet, Foto, Korrupsiya
SOS!!! KARANTİN PULLARI LONDONA GEDİR