Ailəsi qiyamçı zabitin cənazəsini qəbul etmədi - VİDEO

Ailəsi qiyamçı zabitin cənazəsini qəbul etmədi - VİDEO

Acıbadəmdə qiyamçılara qarşı çıxan Muxtar Mete Sərtbaşı vuran kapitan Məhmət Karabəkirin cənazəsini ailəsi qəbul etmədi. 15 iyul - Çevrilişə cəhd gecəsi Türkyənin starteji əhəmiyyətli obyektlərindən "Türk telekom"u ələ keçirmək istəyən kapitan və əsgərlərinin qarşısını alarkən Muxtar Mete Sərtbaş zabit tərəfindən öldürülüb.

Sərtbaş xeyli qan itirərək dünaysın dəyişib. Ardından polis işçilərinin əməliyyatı zamanı Məhmət Karabəkir vurulub. Qiyamçı zabitin qardaşı Murat Karabəkir ailələrindən belə bir şəxsin çıxdığına görə böyük təssüf hissi keçirdiklərini bildirib. Zabitin cənazəsini istəmədiklərini bildirən qardaşı

"Bu məlum hadisələr zamanı bizim də ailədən bir şərəfsiz çıxdı. Təssüf ki, bunu dəyişdirmək şansımız yoxdur. Bir ailə olaraq bunu qətiyyən dəstəkləmirik. Sonuna qədər də rədd edirik". Cənazəsini də istəmirik. Hər kəs kimi biz də bu vəziyyətdən üzülürük" deyib. 

Criminal.az

Xəbər lenti