Ailəsi həbsdəki müsavatçıdan narahatdır

Ailəsi həbsdəki müsavatçıdan narahatdır
Загрузка...
"Müsavat Partiyası Gənclər Təşkilatının həbsdəki sədri Əbülfəz Sadıqbəylinin ailəsi ilə ilə əlaqə saxlamasına imkan verilmir.” Bunu Azadlıq Radiosuna müsavatçınln qardaşı Vasif Sadıqbəyli deyib. O
nun sözlərinə görə, qardaşına münasibətdə saxlanılan şəxslərin qanunvericilikdə təsbit edilən hüquqları təmin olunmur.
"Onun həbs edilməsindən 1 aya yaxın vaxt keçib. Əbülfəzə hər həftə ailəsi ilə telefonla danışıq imkanı yaradılmalı idi. Ailə üzvləri, qanunvericiliyin imkan verdiyi digər şəxslərlə görüşməsinə də həmçinin. Ancaq noyabrın 21-dən bunların heç biri təmin olunmayıb”, deyən qardaşının sözlərinə görə, Ə.Sadıqbəylinin işi üzrə istintaq da başa çatıb. O, qardaşının hüquqlarının təmin olunmasından ötrü gərəkli hüquqi addımların atılacağını qeyd edib.
V.Sadqıbəyli həmçinin deyib ki, dekabrın 17-də qardaşının məhkəməsi olmalıdır. Həmin tarixdə Bakı Apellyasiya Məhkəməsində Ə.Sadıqbəylinin ev dustaqlığına buraxılması işi ilə bağlı şikayətə baxılmalıdır.
Bundan əvvəl Səbail Rayon Məhkəməsi Ə.Sadıqbəyli barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı müraciəti təmin etməmişdi.
Xatırlatma
Noyabrın 21-də Səbail Rayon Məhkəməsi Ə.Sadıqbəyli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələri ilə ittiham olunur. İttihama görə, müsavatçı «Nikoilbank»ın adından saxta sənəd hazırlayıb.
Bildirilir ki, o, bankdan kreditlə aldığı «Niva» markalı avtomobilə görə borclu qaldığı 5 min 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanının iddiasına görə, həmin arayış saxtadır. Ə.Sadıqbəyli ittihamı qəbul etmir.
Müsavat Partiyası həbsin siyasi motivli olduğunu bəyan edib. Ancaq rəsmilər ölkədə insanların siyasi əqidələrinə görə, uydurma ittihamlarla üzləşərək həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.
Загрузка...
Загрузка...

Xəbər lenti