Aİ Ukraynaya döyüş təyyarələrini göndərməkdən imtina edir

Aİ Ukraynaya döyüş təyyarələrini göndərməkdən imtina edir
Aİ ölkələri Ukraynaya daha əvvəl çatdırılması açıqlanan döyüş təyyarələrini göndərməyəcək. Bu iddia ilə "Politico” çıxış edib.
Məlumata görə, Polşa Ukraynaya döyüş təyyarələri göndərməyəcəyini bəyan edib. Polşa ilə yanaşı, Bolqarıstan və Slovakiya hökumətləri də bu yaxınlarda Ukraynaya hərbi təyyarələrin tədarükündən imtina ediblər.
Bundan əvvəl bildirilmişdi ki, ukraynalı pilotlar Aİ tərəfdaşlarından hərbi təyyarələri qəbul etmək üçün artıq Polşaya gediblər. Bunlar Sovet dövründən qalma reaktiv təyyarələrdir. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin Mətbuat xidmətinin açıqlamasında qeyd olunurdu ki, Avropa ümumilikdə 70 qırıcı, o cümlədən Polşa 28 MiQ-29, Slovakiya 12 və Bolqarıstan 16, həmçinin Bolqarıstandan 14 Su-25 göndəriləcək. İndi isə Aİ ölkələri bu məlumatı təkzib edir. Bolqarıstanın baş naziri Kiril Petkov bildirib ki, onun ölkəsində istismara yararlı təyyarələr və ehtiyat hissələri yoxdur.
Slovakiya Müdafiə Nazirliyinin sözçüsü də ianəni təkzib edib. Onlara Polşa Prezidenti Andjey Duda da qoşulub. Polşadakı Lask aviabazasında NATO-nun baş katibi Yens Stoltenberqlə birlikdə çıxış edən Duda ölkəsinin Ukrayna hava məkanına heç bir təyyarə göndərmək fikrində olmadığını bildirib və bunun hərbi müdaxiləyə səbəb olacağını iddia edib.

Xəbər lenti