Ağdaşın kəndində kütləvi qrip və suçiçəyi xəstəliyi qeydə alınıb

Ağdaşın kəndində kütləvi qrip və suçiçəyi xəstəliyi qeydə alınıb
Загрузка...
TƏBİB: "Kəskin təhlükə törədən virus epidemiyası halına rastl gəlinməyib”.
Ağdaş rayonunun Abad kənd icra nümayəndəsi Lətif Mustafayev kənddə uşaqlar və böüklər arasında qrip və suçiçəyi xəstəliyinin yayıldığını deyib. Lətif Mustafayev APA-a bildirib ki, xəstələrin sayı xüsusən də fevralın 9-da qar yağandan sonra artıb. Onun sözlərinə görə kəndin orata məktəbində 300-dən çox şagidr oxuyur və son 10 gün ərzində ayrı-ayrı vaxtlarda xəstələndikləri üçün 100-dən çox uşaq dərsə gəlməyiblər. Lətif Kərimov izah edib ki, şagirdlərin hamısı eyni vaxtda xəstələnməyib. "Xəstələnən uşaqlar 2-3 gün ərzində müalicə olunduqdan sonra yenidən dərsə davam ediblər. Hazırda 40-dan çox uşaq xəstə olduğu üçün evdə müalicə olunur. Məktəb bir gün də olsun fəaliyyətini dayandırmasa da, bir çox valideynlər uşaqlarını xəstələnməmələri üçün məktəbə göndərmir”.
O bildirib ki, özünün iki nəvəsi qripdir, evdə müalicə olunurlar, qonşusunun uşaqları isə suçiçəyi olduqları üçün məktəbə getmirlər. Ağdaş rayon Mərkəzi Xəstəxanasının həkim briqadası fevralın 19-da Abad kəndinə ezam olunub. Həkimlər orta məktəbdə oxuyan şagirdləri müayinə ediblər. Sonra tibb işçiləri evlərə gedərək xəstələndiyi üçün dərsə gələ bilməyən uşaqları müayinə ediblər. Həkimlər insanlara narahat olmamağı və kənddə qorxulu virus olmadığını deyiblər.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) APA-nın sorğusuna verilən cavaba görə, fevralın 18-də Ağdaş rayon Abad kəndində 7-18 yaşlı uşaqların müayinəsi təşkil olunub: "Müayinə olunmuş 271 uşaqdan 236 nəfərə praktik sağlam, 31 nəfərə kəskin bronxit, kəskin respirator virus infeksiyası (KRVİ), 4 nəfərə isə suçiçəyi diaqnozu qoyulub, stasionar yatışa göstəriş olmayıb: "Abad kəndində müayinə nəticələri Ağdaş RMX-PHŞ-in və rayon GEM-in rəhbərliyi tərəfindən dəyərləndirilib, kəskin təhlükə törədən virus epidemiyası halına rast gəlinməyib”.

Xəbər lenti