Aclıq edən jurnalistin vəziyyəti daha da ağırlaşıb Aclıq edən jurnalistin vəziyyəti daha da ağırlaşıb

Aclıq edən jurnalistin vəziyyəti daha da ağırlaşıb
Загрузка...
Ölüm aclığına başlayan jurnalist Zaur Qənbərovun səhhəti daha da ağırlaşıb. Jurnalist üzlədiyi qanunsuzluqlara etiraz əlaməti olaraq artıq 7-ci gündür ki, aksiyanı davam etdirir. Bununla bağlı o, özünün facebook divarında paylaşdığı statusda prezident İlham Əliyevə də müraciət edib.
Z.Qənbərovla Ombudsman aparatının nümayəndələri də görüşüb. Hazırda jurnalist aksiyanı davam etdirir.
Xatırladaq ki, jurnalist bu ilin may ayının 4-də peşə fəaliyyətini həyata keçirərkən Gədəbəy rayon İcra Hakimiyyəti başçısı İbrahim Mustafayevin tapşırığı ilə DSMF-nın Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərov tərəfindən döyülüb. Buna baxmayaraq, İbrahim Mustafayevin göstərişi ilə Gədəbəy rayon Polis Şöbəsində qarşı tərəfə yox, Z.Qənbərova qarşı cinayət işi qaldırılıb.

Xəbər lenti