Ağciyər Xəstəlikləri İnstitutunda yenə ölüm faktı

03 Fevral 2020, 20:50
03 Fevral
2020
20:50
545
Son 1 ayda ölənlərin sayı 9-a çatıb
Fevralın 2-də səhərə yaxın Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir nəfər vəfat edib. Adı açıqlanmayan 1983-cü il təvəllüdlü Quba rayon sakini yanvarın 17-də institutun reanimasiya şöbəsinə yerləşdirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat təsdiqlənib.
Ona Ağciyərlərin səpələnmiş vərəmi, infiltrasiya mərhələsi VMB +Vmb, Boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatışmazlığı diaqnozu qoyulub. Məlumatda deyilir ki, həkimlərin bütün səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, ağciyər-ürək çatışmazlığından həyatını itirib.
Bununla Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda son 1 ay ərzində ölənlərin sayı 9-a çatıb. Bu, yalnız mətbuatda yayılmş məlumatlardır.
Bundan əvvəl 43 yaşlı Şamaxı rayon sakininə ikitərəfli pnevmoniya, ağır gedişli, kəskin ağciyər-ürək çatışmazlığı diaqnozu qoyulub.
Meydan TV-yə verilən məlumata görə, hazırda xəstəxananın reanimasiya şöbəsində 4 nəfər müalicə olunur.
Xəstəxanada son 1 ayda bir-birinin ardınca baş verən ölüm faktları həkim çatışmazlığı ilə əlaqələndirilir.
İctimai vəkil Samir Zeynalov bildirib ki, ölüm faktının səbəbi xəstəxanada həkim-reanimatoloqun olmamasıdır. Həkim olmadığından xəstələrə lazımi tibbi yardım göstərilmir. Vəkilin dediklərini institutun baş həkimi İman Rzayev də təsdiqləyib. Bildirib ki, həkim reanimatoloqun olmaması Səhiyyə Nazirliyinə, eləcə də, xəstəxananın tabe olduğu TƏBİB-ə bəllidir. Hazırda həkim-reanimatoloq üzrə 6 mütəxəssisə ehtiyac var. Reanimasiya şöbəsinin rəhbəri ağır ürək əməliyyatı keçirib, işə çıxsa belə, fiziki imkanı ağır xəstələrlə işləməyə imkan verməyəcək.
İddialardan biri də xəstəxanada natəmizliyin hökm sürməsidir. 1961-ci ildə istifadəyə verilən xəstəxananın sonuncu dəfə nə vaxt əsaslı təmir edildiyi bəlli deyil.
Meydan TV-nin əməkdaşı xəstəxanada olub. Adının açıqlanmasını istəməyən institut əməkdaşı deyib ki, sanitar qovşaqlar son 1-2 ildə kosmetik təmir olunub, palatalara su çəkilib. Amma xəstələr isti sudan istifadə edə bilmirlər.
Adının açıqlanmasını istəməyən həkim deyib ki, vərəm xəstəliyi digər xəstəliklərdən fərqlidir. Bu xəstəlikdən əziyyət çəkənlərdə qəribə eqoistlik olur, görünür bu psixoloji səbəbdəndir. Xəstə tez-tez yerə tüpürür, bəzən başqasının yoluxdurmaqdan çəkinmir. Buna görə də xüsusilə ağır xəstələrin müalicə aldığı palatalarda isti su olmalı, qapı-pəncərələr, çarpayılar və xəstələrin istifadə etdiyi digər əşyalar sterilizasiya olunmalıdır. Amma xəstəxanada müəyyən otaqlara isti su verilir.
Adını açıqlamaqdan çəkinən bir şöbə müdiri isə deyib ki, institutun vəziyyəti təhlil edilib.
Müəyyən edilib ki, bəzi şöbələr tamamilə sökülüb yenidən tikilməlidir. Buna görə də xəstəxanaya yeni bina ayrılması məsələsi də təxminən 2-3 il bundan qabaq təklif kimi irəli sürülüb. Lakin icbari tibbi sığorta məsələsi ortaya atıldığından əsaslı təmir və xəstəxananın köçürülməsi məsələsi kölgədə qalıb.
Verilən məlumatda o da deyilir ki, ölüm hadisələri ilə bağlı araşdırma aparılır.
"TƏBİB-in nümayəndələri xəstəxanada oldu, şöbələrə, palatalara baxdılar. Eyni zamanda xəstələrə verilən dərmanlara nəzarət edildi. Ölüm faktları araşdırılır”,-həkim söyləyib.
İctimai vəkil Samir Zeynalov isə ölüm faktlarına və xəstəxanada baş verənlərə diqqət çəkmək üçün ictimaiyyət nümayəndələrini, jurnalistləri fevralın 6-da xəstəxanaya dəvət edir. Fevralın 13-də xəstəxananın qarşısında icazəli piket keçirilməsi ilə bağlı sosial şəbəkələrdə təkliflər səsləndirilir.
TƏBİB məsələ ilə bağlı yalnız xəstələrin ağır vəziyyətdə xəstəxanaya çatdırıldığını və diaqnozları açıqlamaqla məşğuldur. İnstitutda aparılan yoxlamalar və nəticələrlə bağlı açıqlama verilmir.
Xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən alınandan sonra baş həkimlər dəyişdirilir. Ehtimal olunur ki, ölüm hadisələrinin açıqlanması institutun direktoru Həqiqət Qədirovaya yönəldilib və yaxın zamanlarda Səhiyyə Nazirliyinin daha bir kadrı Qədirova da vəzifəsindən kənarlaşdırılacaq.
Xəbər lenti
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
14:29AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
23:28Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
12:17İlham Əliyev, Putin və Paşinyan bəyanat imzaladı - Tam mətn
-
12:14Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi
-
12:12Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021
12 Yanvar 2021
Digər xəbərlər
-
Foto, Hadisə
Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
Hadisə
Bakıda süpürgəçi qadını avtomobil vurub
-
Hadisə
2 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
Hadisə
Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
Hadisə
Prezident Şuşaya getdi
-
Hadisə
13 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
Foto, Hadisə
Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
Hadisə
Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
Hadisə
Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü