"AccessBank"dan şikayət edən mühacirin qardaşı "Bandotdel"ə çağırıldı - "Şikayət etmisən, gəl arxasında dur..."

Загрузка...
"AccessBank"dan şikayət edən mühacir Valeh Hüseynlinin qardaşı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Bu barədə Criminal.az saytına V.hüseynlinin özü məlumat verib.
V.Hüseynli deyib ki, bu gün Criminal.az saytında "AccessBank"ın ona çatacaq 2400 manat kompensasiyasını ödəməməsi ilə bağlı narazılığı dərc olunub. Az sonra qardaşı Taleh Dadaşova zəng edərək "Bandotdel"ə gəlməsi tələb olunub: "Qardaşım bildirib ki, vəkili rayonda olduğundan sabah gələ bilər. Bildiriblər ki, şikayət etmisiniz, gəlin şikayətinizin arxasında dayanın...".

Valeh Hüseynli 
Xatırladaq ki, V.Hüseynli Criminal.az saytına bildirmişdi ki, 2015-ci ildə "AccessBank"ın Bakıxanov filialından 10.000 dollar kredit götürüb. Onun sözlərinə görə, krediti götürəndən təxminən 1 ay sonra, ölkədə devolvasiya oldu, buna baxmayaraq, banka olan borcunu tam ödəyib: "Bu ilin əvvəlində, Prezidentin Banklara dollar fərqinə görə ödənilmiş pullar, vətəndaşlara geri qaytarilmasi ilə bağlı fərman verdi. Bu fərmandan sonra, mənə çatası 2400 AZN kompensasiyanı, AccessBank mənə ödəmir. Hal-hazırda ölkədə olmadığım üçün, öncə vəkilim, Fuad Şirinova etibarnamə göndərdim, Bank o etibarnaməni qəbul etmədi. Bankın tövsiyə etdiyi etibarnaməni hazirlayib, Azərbaycan Respublikasının Berlindəki Konsulluğunda rəsmiləşdirib qardaşım Dadaşov Taleh Əlisalam oğlunum adına göndərdim. Bu dəfə isə Bank etibarnaməni tanımadı və saxta olduğunu iddia edir. Etibarnaməni verən orqan isə, Azərbaycan Respublikasının, Almaniya Fedarativ Respublikasındaki, konsulliğudur. Necə ola bilər ki, konsulluğun verdiyi etibarnaməni bank saxta saya bilər? Dəfələrlə Banka rəsmi müraciyət etsəmdə mənə cavab vermillər".
Bankın mətbuat xidmətinin rəhbəri İlkin Əhmədov Criminal.az saytına açıqlamasında bildirdi ki, "Accesbank" müştəri V.Hüseynlinin kompensasiyasını verməkdə maraqlıdır. Sadəcə onun təqdim etdiyi sənədlə bağlı anlaşılmazlıq var. "Müştərinin təqdim etdiyi etibarnamədə möhür olmayıb. Bankda da şübhə yaranıb ki saxta ola bilər. Biz ondan sənədin əslini istədik, amma banka təqdim olunan sənədin surəti idi, həmin sənəddə də möhür görünmürdü. Məbləğin balansımızda qamasında maraqlı deyilik. Bank olaraq həmin məbləği ödəməkdə daha çox maraqlıyıq. Problem qısa zamanda həllini tapacaq". 
Загрузка...
Загрузка...

Xəbər lenti