ABŞ “Əl-Qaidə” başçısını öldürdü

ABŞ “Əl-Qaidə” başçısını öldürdü
Загрузка...
Yəməndə ABŞ-ın həyata keçirdiyi əməliyyat zamanı "Əl-Qaidə” terror təşkilatının liderlərindən biri – Qasım ər-Raymi öldürülüb. Bu barədə ABŞ Prezidenti Donald Trampın bəyanatında deyilir.
"Donald. C.Trampın göstərişi ilə Birləşmiş Ştatlar Yəməndə kontrterror əməliyyatı keçirib, nəticədə Ərəbistan yarımadasında "Əl-Qaidə”nin əsasını qoyan və lideri Qasım ər-Raymi məhv edilib”, - Ağ Evdən bildirilib.
Qeyd edək ki, Ərəbistan Yarımadasındakı "Əl-Qaidə" 2009-cu ildə Yəmən və Səudiyyədəki islamçı şəbəkələrin birləşməsi nəticəsində yaranıb.

Xəbər lenti