ABŞ-dan dəhşətli səhv - 100-dən çox dinc sakin öldü

ABŞ-dan dəhşətli səhv - 100-dən çox dinc sakin öldü

Bu gün Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi beynəlxalq koalisiya ciddi səvhə yol verib. “Qafqazinfo” xəbər verir ki, “Sky News-Arabia” televiziyasının yaydığı məlumata görə, koalisiyanın aviazərbələri nəticəsində qadınlar və uşaqlar da daxil omaqla Suriyanın 100-dən artıq dinc sakini həlak olub.

Onlarla insan ağır bədən xəsarətləri alıb. Bombalama Aleppo vilayətinin At-Tauhar kəndində qeydə alınıb. Sözügedən kənd Türkiyə-Suriya sərhədinə yaxın ərazidə yerləşir.

Qeyd edilir ki, ölü sayının artacağı istisna edilmir. Çünki dağılan evlər altında taleyindən hələ də xəbər olmayan insanlar var. 

Criminal.az

Xəbər lenti