ABŞ-da 1 milyarddan çox bazar dəyəri olan yeni biznesə sahib azərbaycanlı kimdir?

ABŞ-da 1 milyarddan çox bazar dəyəri olan yeni biznesə sahib azərbaycanlı kimdir?
Загрузка...
"Rutgers Universitetinfə tədris etdiyim fənlərdən biri də beynəlxalq siyasi iqtisaddır. Bu fənnin predmetində beynəlxalq ticarət, monetar, inkişaf, miqrasiya və digər önəmli məsələlər vardır. Qlobal və daxili miqrasiya siyasətinin tədrisi zamanı Trampın miqrasiya islahatlarından da bəhs edir və onu dəyərləndiririk. Bu istiqamətdə araşdırma apararkən qarşıma 2016-cı ilin 1 yanvar tarixinə olan ATLAS: Amerika siyasəti üzrə milli fond tərəfindən dərc edilən maraqlı məlumat çıxdı. Həmin məlumatı diaqram formasında şəkil bölməsində təqdim edirəm. Diaqramdan göründüyü kimi ABŞ-da 1 milyard dollardan çox dəyərə malik olan startup (inkişafa meylli yeni ideyalar və təşəbbüslər üzərində qurulan başlanğıc biznes layihəsi) qeydiyyatdan keçirən imiqrantların mənşə ölkələri arasında Azərbaycan da vardır". Criminal.az xəbər verir ki, bu barədə iqtisadçı-alim Qubad İbadoğlu yazıb.
İqtisadçının fikrincə, bu o deməkdir ki, hazırda bu ölkədə 1 milyard dollardan çox bazar dəyəri olan ən azı 1 Azərbaycanlı miqrant yaşayır: "Kimliyini müəyyənləşdirmə bilməsəm də ölkəmizin adını bu siyahıda görməkdən məmnun qaldım. Hesab edirəm ki, bu məlumat jurnalistlər üçün yaxşı təhqiqat mövzusu ola bilər".

Загрузка...
Загрузка...

Xəbər lenti