Abid Şərifovun 21 illik əməkhaqqı

14 Sentyabr 2019, 10:47
14 Sentyabr
2019
10:47
631
Загрузка...
Nicat Mahmudov 20 yaşından Londondadır. O, Bakıdakı 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğlu, Baş nazirin keçmiş müavini Abid Şərifovun nəvəsidir. Deyir ki, Britaniyaya köçəndən sonra biznesdə qazandıqları öz əməyinin bəhrəsidir. Hazırda onun təkcə bir şirkətə yatırımı 262 min funt sterlinq və ya 540 min manatdırdir. Az, ya çoxdur – özünüz müqayisə edin: yarım milyon manat onun babasının üst-üstə 21 illik rəsmi əmək haqqı qədərdir.
İroniyaya bax ki, A. Şərifov hökumətdə bundan bir qədər çox – 23 ilə yaxın işləyib və nəhayət, ötən növbədənkənar prezident seçkilərində postunu tərk edib. Hökumətdə tikinti, nəqliyyat və rabitə sektorları üzrə sorumlu olan A.Şərifovun adı indi çoxunun yaddaşında 2015-ci ilin mayında Azadlıq prospektində tezalışan üzlüklərlə örtülən yaşayış evində baş vermiş və çoxlu sayda insanın həyatına son qoyması ilə nəticələnən yanğından bir neçə gün sonra jurnalistlərin suallarını cavablandırarkən dediyi "Alabala” sözü ilə assosiasiya olunur.

Vestminstr səmtindəki Rathbone Place 29 ünvanında yerləşən "Buta Lounge” restoranı
Gənc Nicatı isə 8,8 milyon əhalisi olan Londonda çox az adam tanıyır. 2011-ci ildə Londona ayaq basan Nicat növbəti il Vestminstr Universitetinə daxil olur. Bir il keçər-keçməz burada, Vestminstr səmtindəki Rathbone Place 29 ünvanında dostları ilə "Buta Lounge” restoranı açır. Müştərilərə Azərbaycan xörəkləri, xüsusilə kabablar təklif olunur. Amma bu biznes çox davam etmir. Sonra baş verənləri onun özündən öyrənmək istədik. Nicat Britaniyadakı işgüzar fəaliyyəti barədə məlumat almaq istəyimizi isti qarşıladı və Bakıdan ünvanlanan suallara cavab verməyə razılaşdı.
"Əvvəl çox çətinlik çəkirdim”
MeydanTV: Nicat bəy, siz ictimai şəxslərin övladı və ailə üzvüsünüz. Bu səbəbdən biznes fəaliyyətiniz medianın maraq dairəsindədir. Britaniyada biznes fəaliyyəti üçün istifadə etdiyiniz vəsaitin mənbəyini açıqlaya bilərsinizmi? Kiprdəki biznes fəaliyyətiniz hansı sahələri əhatə edir və bu ölkədə vətəndaşlıq əldə etmisinizmi? Azərbaycanda sahibkarlıqla məşğul olursunuzmu?
N.Mahmudov: Böyük Britaniyaya daşındıqdan sonra burada vəsaiti tam şəkildə özüm əldə etmişəm. Hüqüqi xidmətlər və informasiya texnologiyaları ilə məşğul olan şirkətlərim var. İlk əvvəl çox çətinlik çəkirdim, amma sonra işlər asanlaşdı. Britaniyada olan şirkətlərimin filialları həm də Kiprin Larnaka və Limasol şəhərlərində yerləşir. Burada vətəndaşlıq əldə etməmişəm. Azərbaycana gəlincə, orada hal-hazırda aktiv fəaliyyətim yoxdur. Kiprdə yaradılan "Waverington Trading Limited” və "Leofric İnvestments Limited” şirkətlərinin isə mənə aidiyyatı yoxdur. Hər halda təsisçisi mənimlə eyni ad-soyad daşıyan birisidir.

Abid Şərifovun nəvəsi Nicat Mahmudov
MeydanTV: İlk biznes təcrübələrinizdən olan "Buta Lounge” restoranı necə oldu?
N.M.: Buta Lounge satılıb. Xırda proyektləri böyüdüb satırıq. Avropa bankları çox əlverişli şərtlərlə kredit ayırır. "Abeona Global Limited” şirkətindən başqa, hüquq sahəsində çalışan "London Corporate Legal Limited", İT sahəsində işləyən "Syntax İntegration Limited" şirkətlərim var.
MeydanTV: Adlarını qeyd etdiyiniz son iki şirkətin reyestr məlumatları ilə tanış oldum, adınız təsisçilər (payçılar) arasında yoxdur. Sizdə təsdiqedici rəsmi sənədlər varmı, surətini təqdim edə bilərsinizmi?
N.M.: Sənədlərdə siz sadəcə şirkətin idarəedici heyətini görə bilirsiniz. Orada payçılar görünmür. Sənədlərin sürətlərini göndərə bilmərəm. Səbəb - məxfiliyin qorunmasıdır. O bilgini sizə Britaniyanın Ali Məhkəməsindən başqa hec kim açıqlaya bilməz. Detallara dair sizi maraqlandıran kölgəli bir nöqtə varsa, hüquqşunasımla danışa bilərsiniz.
"Abeona Global Limited” şirkətini Nicat Mahmudov 2017-ci ilin yayında təsis edib. Bir il sonrakı dövrü əhatə edən maliyyə hesabatında göstərildiyinə görə, onun hesabında 259,6 min funt məbləğində vəsait var. Nicat MeydanTV-yə bu şirkətin FOREX əməliyyatları (valyutaların qiymət dəyişikliklərindən gəlir əldə etmək imkanı verən beynəlxalq valyuta bazarı) sahəsində fəaliyyət göstərdiyini deyir. Şirkət Londonun Durueston (Durweston) küçəsindəki ikimərtəbəli 29 saylı köhnə binada yerləşir. Bura həm də Nicatın qeydiyyat yeri kimi təqdim olunur.
Çexiyada daşınmaz əmlak şirkətinin şəriki
Mahmudovların Avropadakı biznesi Birləşmiş Krallıqla məhdudlaşmır. Ötən ilin iyun ayında Təranə Abid qızı Mahmudova, Nicatın anası, Çexiyada "Olimpik Company s.r.o.” şirkətinin payçılarından və idarəedicilərindən biri olub. T. Mahmudova şirkətin kapitalında 50 faizlik payı Oktay Vəliyevdən satın alıb. Şirkəti 2007-ci ildə Azərbaycan vətəndaşı, işadamı O. Vəliyev yaradıb. Daşınmaz əmlakın, o cümlədən mənzillərin və qeyri-yaşayış sahələrinin icarəsi, lisenziya tələb olunmayan malların istehsalı və satışı ilə məşğul olan şirkətin kapitalı 200 min çex kronudur (təxminən 8,5 min ABŞ dolları).
Praqada, Athenska 1528/5 ünvanında yerləşən şirkət, maliyyə hesabatına görə, ötən il vur-tut 218 min kron dövriyyə edə bilib.
Əlli yaşlı Təranə Mahmudova Bakıdakı Şamama Ələsgərova adına 5 nömrəli Klinik Doğum Evində həkim-neonatoloq işləyir. Xəstəxanada MeydanTV-yə deyiblər ki, T. Mahmudovanın işə davamiyyəti normaldır, işinin öhdəsindən gəlir və ondan heç bir narazılıq yoxdur.Amma bura T.Mahmudovanın yeganə iş yeri deyil. O, kapitalına 30 min manat yatırılan "A.N.N.N” MMC-nin direktorudur.
Şirkət onun qardaşı, Azərbaycan Beynəlxalq Bankının Abşeron filialının müdiri Elçin Şərifovun Bakıda, akademik Həsən Əliyev küçəsindəki çoxmənzilli yaşayış evindəki mənzilində 2002-ci ildə qeydiyyata alınıb. Bakıdakı "Optimed” klinikası bu şirkətə məxsusdur. Klinika tarzən Hacı Məmmədov və Mirzəbala Məmmədzadə küçələrinin kəsişməsindəki yaşayış binasının birinci mərtəbəsində bir neçə yüz kvadrat metr sahədə tibbin müxtəlif sahələrində (terapiya, kardiologiya, qastroenterologiya, urologiya, kosmetologiya və s.) xidmətlər göstərir. 2017-ci ilin sonunda isə T. Mahmudovanın iştirakı ilə daha bir şirkət – "Güvən 2017” MMC yaradılıb. Şirkətin qeydiyyat yeri Mahmudovların akademik Həsən Əliyev küçəsində başqa bir binadakı mənzilidir. İki ilə yaxın vaxt keçsə də, T.Mahmudovanın rəhbərlik etdiyi bu biznes qurumunun nə işlə məşğul olduğu hələ bəlli deyil.
Metallurgiya nəhənginin Elçin Şərifov mənzlinə sığışan Bakı ofisi
Bunlar, yanvar ayında 80 illik yubileyini qeyd etməyə hazırlaşan Baş nazirin keçmiş müavininin ailə üzvlərinin biznesinin heç də hamısı deyil. Ukraynanın metallurgiya qiqantı "İnterpipe” korporasiyası 2000-ci ilin mayında Bakıda "İnterpipe-Azərbaycan” Məhdud Məsuliyyətli Birgə Müəssisəsi təsis edib. Birgə müəssisənin Azərbaycandan olan tərəfdaşının adı açıqlanmayıb. Məlum olansa budur ki, şirkət bir başqa yerdə deyil, A.Şərifovun bankir oğlunun mənzilində qeydiyyata alınıb. Ukrayna istehsalçısı görünür o zaman hökumət rəsmisinə yaxın olmaqla neft-qaz hasilatı və daşınması üçün borular, eləcə də dəmir yolu vaqonları üçün təkər və digər komplektləşdiricilərin Azərbaycandakı satışının daha rahat yoluna qoymağı hədəfləyibmiş.

Baş nazirin keçmiş müavini Abid Şərifov
Abid Şərifovun həyat yoldaşı Sədayə xanım Tam Ortaqlı "Kəpəz-S” Firmasının 3 ortağından biridir. 2001-ci ildə iki şəxsin (Yaşar Qarayev və Səkinə Talıbova) vəsaiti hesabına qurulan firmaya Şərifovlar sonradan qoşulublar. Dövlət büdcəsinə 2000 manat vergi borcu olan bu şirkətin də hansı bizneslə məşğul olması haqda açıq mənbələrdə heç bir məlumat yoxdur. Onun adı həm də iri tikinti layihələrinin icraçısı olan "EVRASCON” ASC-nin səhmdarları arasında 12,15 faiz payla ön sıralardadır.
Maraqlıdır ki, Təranə və Məmməd Mahmudovlar rəsmi olaraq iki ünvanda qeydiyyatdadırlar. Başqa sözlə, seçici siyahılarına iki dəfə düşdüklərindən, onlar ümumxalq səsverməsində iki nəfərin yerinə iştirak edə, bələdiyyə seçkilərində isə Bakıda həm Yasamal, həm də Nəsimi rayonu ərazisində bələdiyyə üzvlərini seçə bilirlər. O başqa məsələdir ki, Mahmudovları ölkə vətəndaşlarının əksəriyyətindən fərqləndirən təkcə siyasi seçim imkanlarının "bolluğu” deyil.
Mənbə: Meydan.tv
Загрузка...
Xəbər lenti
-
19:45Vasif Talıbov Ali Məclisə seçkilərlə bağlı sərəncam imzalayıb
-
14:18"Lombard Məlahət" jurnalisti həbs etdirmək üçün üçüncü dəfə məhkəməyə verdi
-
14:10İlkinin bacısının intiharı ilə bağlı - Açıqlama
-
14:08Bakıda ögey ana azyaşlı uşaqlara işgəncə verib
-
14:05Baş Prokurorluq Nemət Kərimlidən şikayət edib
-
14:04Bakıda intihar edən qız millimizin futbolçusunun bacısı imiş
-
14:31İcra başçısını tənqid edən keçmiş məmur intihar edib
-
05:00Ziya Bünyadovun oğlu vəfat etd
-
10:52“Relax”dakı davada nazirliyin bu əməkdaşları döyülüb
-
10:46Moskvada minik avtomobili metro stansiyasının vestibülünə çırpıldı
-
10:41Beynəlxalq təşkilatlar Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib
-
10:40Elmar Vəliyev istintaqa ifadə verməkdən imtina edib
-
01:12Yevda Abramov vəfat etdi
-
12:56Paşinyanın xanımı Mehriban Əliyevanı Qarabağa dəvət etdi və hədələdi
-
12:35Радио имени Чингиза Мустафаева выставлено на продажу
-
12:24Londonda maşınla vurulub ölən milyarderlə bağlı müəmma - QƏSD ŞÜBHƏSİ VAR, POLİS ŞAHİDLƏRİ AXTARIR...
-
12:22Xanımı: Oktay Gülalıyevin səhhətində yaxşılığa doğru dəyişiklik yoxdur
-
00:23Professor oğlunun cinayəti: yalanı ifşa edən xüsusi aparat, rüşvət... - TƏFƏRRÜAT
-
17:07Türkiyədə azərbaycanlılardan ibarət oğru dəstəsi yaxalandı
-
17:05Vilayət Quliyev keçmiş naziri "oğurluqda, çapovulçuluqda" ittiham etdi "ƏLİ MADDİ ÇAX-ÇUXDAN ÇIXAN KEÇMİŞ HƏMKARIM..."
-
17:03“İl ərzində 46 hərbi qulluqçu ölüb”
-
17:01AİHM Rafiq Tağının işi üzrə qərarı elan edib
-
17:00Bakıda sürücü ambulansa yol vermədi
-
16:58Yeni parlament seçkilərinin vaxtı bilindi
-
16:56Yasamalda şirkətdən 85 minlik domofon apardılar
-
16:54“Bıçağı boynuma dirəyib 4 milyonluq sənəd imzalatdı” - Etimad İsmayılovun qatili
-
16:49Hərbi qulluqçumuz vəfat etdi
-
16:48“Ədalət adlı polis saqqalımı əlləri ilə yolur, alışqanla kürəyimə od vururdu”
-
16:46“Qızımın səhhəti ağır olduğundan 2 ildir məktəbə gedə bilmir”
-
16:35Azərbaycan ziyalılarının həyatı Suryalı qaçqınlarından bu qədərmi dəyərsiz oldu?
-
16:21Deputat oğlunun həbs müddəti uzadıldı
-
11:43Mədət Quliyev generalı özünə müşavir təyin etdi
-
15:30Prezident deputatı icra başçısı təyin etdi
-
15:24Hüseyn Abdullayev məhkəməsində şer dedi: "Yalançının metal girsin gözünə..."
-
14:49Gəncə sakini: Elmar Vəliyev torpağımı 6 adama satıb
-
14:45Saatlıda qatarla minik avtomobili toqquşub - ÖLƏNLƏR VAR
-
14:29Milli Məclisin buraxılmasına razılıq verildi
-
14:2717 yaşlı oğlan tanışına 11 bıçaq zərbəsi vurdu
-
13:55BDU-nun tələbəsinin yataqxanada faciəli ölümü: səbəb qida deyil, zəhərdir - QOŞQAR TƏHMƏZLİ AÇIQLADI
-
12:16Milli Məclisin taleyini həll edən iclas başladı
09 Dekabr 2019
08 Dekabr 2019
07 Dekabr 2019
06 Dekabr 2019
05 Dekabr 2019
04 Dekabr 2019
Digər xəbərlər
-
Manşet, Korrupsiya
Nazirlə spikerin müəmmalı tender oyunu
-
Manşet, Korrupsiya
Deputat Kəmaləddin Qafarovun Milli Onkologiya Mərkəzi ilə 43,000.000-luq TENDER OYUNU...
-
Manşet, Korrupsiya
Azərbycanın iri ranqlı məmurlarının məktəb biznesi
-
Manşet, Korrupsiya
Abid Şərifovun 21 illik əməkhaqqı
-
Manşet, Korrupsiya, Dosye
QARALOV BU QANUNSUZ VƏ MƏNTİQSİZ ADDIMI NİYƏ ATDI - "Siyahıdakı ən böyük borclu "Akkord" idi"
-
Manşet, Korrupsiya, Dosye
"Baş prokuror Beynəlxalq Bankdan 219.851.692,2 $ talan edilməsi barədə işə xitam verib"
-
Sənəd, Manşet, Korrupsiya
Bakı Metropoliteni sədrinin milyonçu oğlu
-
Manşet, Korrupsiya
General Hüseynovun arvadı və qızı Bakıda bir binadan 12 mənzilə iddia edir... - “SUAL OLUNUR, BU QADINLAR 12 MƏNZİLİ HANSI PULLA ALIB?
-
Manşet, Korrupsiya
Baş dəmiryolçunun Şərq-Qərb dəhlizi boyunca uzanan biznesi