Abel Məhərrəmovun İspaniyadakı şərabı

Bakı Dövlət Universitetinin dünəndən etibarən keçmiş rektoru Abel Məhərrəmovun dini tolerantlıq adı altında keçirilən, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qudası Əli Evsenin təşkil etdiyi beynəlxalq konfransda şərabın güdazına getdiyi artıq məlumdur.
Rektor-akademik Madriddə Azərbaycandan onunla birlikdə gedən nümayəndə heyətinin də iştirak etdiyi yeyib-içmək məclisində nəinki şərabdan içib məst olub və dava salıb, eyni zamanda bəlli olub ki, A.Məhərrəmov həm də səfir oğlunun adına çəlləklərlə dolu Azərbaycan şərabını diplomatik yük adı altında Bakıdan daşıyıb. Qayıdanda isə ispan şərabı adı altında bu dəfə butulkalarda Bakıya gətirib. Və özünün restoranlarında, şadlıq evlərində satdırırmış.
Virtualaz.org qeyd edir ki, bu iddialar hələ təkzib olunmayıb. Hərçənd rəsmi KİV-lərdə ayrı-ayrı vaxtlarda dərc edilmiş materiallara əsasən şərab sözü Abel Məhərrəmova və səfir oğluna tamamilə doğmadır.
Belə ki, Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov 2016-cı ildə Madridə təyinat aldıqdan dərhal sonra şərab işi ilə yaxından məşğul olmağa başlayıb. Hərçənd bu həmin dövr idi ki, neft kəskin ucuzlaşmışdı və Azərbaycanın valyuta gəlirlərində ciddi azalma baş vermişdi, dalbadal iki devalvasiya olmuşdu. Və Azərbaycandan qeyri-neft məhsullarının, o cümlədən şərabın ixracını artırmaq, ölkəyə başqa mənbələrdən valyuta gətirmək məsələsi ciddi aktuallaşmışdı.
Nəticədə səfir Məhərrəmovu Madriddə Azərbaycan şərablarının satışını həyata keçirən mağazaların açılış mərasimlərində görmək olurdu. Üstəlik deyilənlərə görə Azərbaycand da ispan şərablarının satışı biznesi ona və atasına aid idi.
Məsələn, "AzərTAC”ın materiallarına əsasən səfir Anar Məhərrəmov 2018-ci ilin oktyabr ayında İspaniyanın Madrid şəhərində yerləşən "Madrid Rioxa Mərkəzi”ndə Azərbaycan şərablarının təqdimat mərasimini keçirib. Bu barədə "AzərTAc” da xəbər yayıb.
Mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və yerli kütləvi informasiya vasitələrinin, İspaniyanın şərabçılıq üzrə tanınmış şirkətlərinin, habelə A.Məhərrəmovun biznes ortaqlığı ilə Qəbələdə yaradılan (unikal.org saytı belə iddia edir) "Aspi Agro” MMC şirkətinin təmsilçiləri iştirak ediblər.
Tədbiri açan Madrid Rioxa Mərkəzinin prezidenti Xose Antonio Ruperes Kanyo Azərbaycan şərablarının füsunkar dada və keyfiyyətə malik olduğunu deyib və məhz bu səbəbdən İspaniyanın əsas şərabçılıq bölgələrindən sayılan Rioxa şərabları ilə Azərbaycan şərablarının birgə təqdimat mərasiminin keçirilməsinin təsadüfi olmadığını bildirib.
Daha sonra "Aspi Agro” MMC şirkətinin nümayəndəsi tərəfindən "Savalan” brendinə məxsus şərablarla bağlı təqdimat edilib.
Tədbirdə Azərbaycan şərabı adı ilə yalnız bu şirkətin istehsalı olan 3 çeşiddə şərabın təqdimatı, eləcə də dequstasiyası keçirilib. Bu da Azərbaycanda şərab istehsalı ilə məşğul olan digər şirkətlərin ciddi narazılığına səbəb olub.
Unikal.org belə yazır ki, təqdimatdan sonra, Madriddə "Savalan” brendinə məxsus şərabların satışına da böyük təlabat yaranıb. Bunun üçün təlabatın artıdğını səfir oğul atasına bildirib. Abel Məhərrəmov da bunu nəzərə alaraq bu dəfə özü Bakıdan şeyxin təyyarəsi ilə Madridə şərab çəlləkləri aparmaq qərarına gəlib.
Lakin ata-oğul Məhərrəmovlar, İspaniya və şərab əhvalatında bir maraqlı ştrix də var. Belə məlum olur ki, İspaniyada "Abel Mendoza” adlı şərab da buraxılır və saytlar dərhal belə qənaətə gəliblər: bu ki, bizim Abeldir! Yəni BDU rektoru şəraba və şərab biznesinə o qədər aludə olub ki, İspaniyada öz adına şərab da buraxdırıb?!
Xəbər lenti
-
01:23Dövlətə xəyanətdə ittiham olunan: Yanımda iki nəfər öldü
-
21:27Mustafa Hacıbəylinin məhkəməsində şahidlər məqaləni səhv saldılar
-
12:13Mədət Quliyevin oğlu Nigarla klipə çəkildi
-
12:09Cavid Qurbanovun müavinin konsulla birgə BİZNESİ ORTAYA ÇIXDI - ŞOK SƏNƏDLƏR
-
11:56“Çəpişlərin qulağını dişləməyi çox sevirdim” - DEPUTAT
-
11:50Ötən ildən axtarışda olan şəxs saxlanıldı
-
11:02Sahibkarlara divan tutan generala vəzifə verilməsinin pərdəarxası
-
08:08Azərbaycanlı Türkiyədə saxta pulla tutuldu
-
08:01Azərbaycanlı samboçu söyüşə görə adam öldürdü
-
00:09Dünyamin Xəlilov deyib, onlar imzalayıb, nəticədə dövlətin milyardları talanıb...
-
22:21"Əli Həsənovun yaxınları telefon zənglərinə cavab vermir"
-
22:08Sonuncu "hicab məhbusu" da azadlığa çıxdı
-
22:03Ebru Gündeş və Sılanı Bakıya gətirməyə görə 8 il cəza aldı
-
21:23''Oğluma əvvəl işgəncə verilib, sonra həbsə salınıb''
-
19:32Mikayıl Cabbarov: Bulanıq suda balıq tutmaq zamanı bitib
-
19:29Ramil Usubov yeni rəis təyin etdi
-
18:54ANS Avropa Məhkəməsinə şikayətini geri götürüb
-
16:15"Prezident Administrasiyasından dedilər ki, gəl"
-
16:00“Lotu Quli”nin tutduğu killerlər belə yaxalandı
-
15:55Keçmiş deputatın şikayəti üzrə məhkəmə başladı: 165 minlik ittiham
-
15:47Avropa Məhkəməsi əsgər atasının şikayətini təmin edib
-
15:42“AZZA”dan alınmış tortun içərisindən sellofan torba çıxıb
-
12:55"Bilmirəm prokurorlar və nəvələri məni niyə sevmir..." - Tanınmış vəkil Baş Prokurorluğu büdcəni talamaqda ittiham edir
-
11:49Arif Əsgərovun Slovakiyada biznesi üzə çıxdı - şok faktlar
-
11:36Donbasda döyüşən azərbaycanlı əsir düşdü
-
11:26Rövşən Lənkəranskinin məşhur restoranına maskalılar və ağır texnika yeridildi
-
10:38Generalın polis oğluna yüksək vəzifə verildi
-
22:32"Qumarda 130 min uduzduğuna görə nazirlikdən çıxarıldı" - dələduz qadının ilginc əməlləri
-
22:28Məşhur bloqer çeçenlərlə azərbaycanlıların kütləvi davasına görə saxlanıldı
-
22:25Məktəb direktorunu döyən "Drakon"a cinayət işi açıldı
-
20:18“Qəribəsi o idi ki, Əfsanə ağlamırdı...” - Ər-arvad intiharının təfərrüatı
-
20:15Əfqanıstanda 7 polis öldürüldü
-
20:10"Hər gecə dua edirəm ki, Allah canımı tez alsın”
-
14:18Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı - 300 pasport və silahlarla
-
13:24Milli Şura yenə mitinq təyin etdi
-
12:35Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı
-
01:43Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?
-
00:39Biləsuvar sakini: Qardaşıma işgəncə verib şərlədikləri üçün özünü yandırdı
-
20:18В Одессе за разбой задержали банду «вора в законе» Гули. Изъят арсенал оружия
-
19:57Bakıda silahlı şəxs saxlanıldı
Digər xəbərlər
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Cavid Qurbanovun müavinin konsulla birgə BİZNESİ ORTAYA ÇIXDI - ŞOK SƏNƏDLƏR
-
Manşet, Foto, Korrupsiya
Arif Əsgərovun Slovakiyada biznesi üzə çıxdı - şok faktlar
-
Manşet, Foto, Korrupsiya
Azərbaycanın məşhur məmuru Avropada hamam xalatı satdırır
-
Manşet, Foto, Korrupsiya
Daha bir kasıba “qotur inək” verilib? - BUYNUZLU KORRUPSİYA DAVAM EDİR
-
Manşet, Foto, Korrupsiya
Məşhur özəl xəstəxana rəsmən sabiq nazirin tabeçiliyinə keçdi
-
Manşet, Foto, Korrupsiya
Belarusluları heyrətə gətirən otel Azərbaycanın hansı nazirinindir?
-
Sənəd, Manşet, Foto, Korrupsiya
21 yaşlı məmur oğlunun biznesi Londonda parladıqca, Bakı çökür...
-
Sənəd, Manşet, Foto, Korrupsiya
"Kiçik padşah"ın Azərbaycandan etdiyi talanlar
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Azərbaycanın Avropadakı səfirinin biznesi ifşa edildi - Elman Rüstəmovun kürəkəni ilə ortaqdır...