Abdulmalik kriminal avtoritet “Kor Hüseyn”ə sillə vurdu, o da tapançanı çəkdi... - İSTANBUL RESTORANINDA ATIŞMA

03 Aprel 2021, 10:15
03 Aprel
2021
10:15
3381
İstanbulun Başakşehir rayonunda martın 31-də axşam saatlarında baş vermiş və biri Azərbaycan vətəndaşı olmaqla iki nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən kriminal "razborka”nın yeni təfərrüatları üzə çıxıb. Virtualaz.org xəbər verir ki, restoranda baş tutan "razborka” zamanı tərəflərdən birini kriminal dairələrdə "Kor Hüseyn” kimi tanınan çeçen "vor zakon” Hüseyn Əhmədov təmsil edirdi. O, borc məsələsini "ayrıd etmək” üçün gürcü qruplaşmasının dəvəti ilə restoranda idi.
Atışma isə qarşı tərəfdən olan bir çeçenin "Kor Hüseyn”ə sillə vurmasından sonra başlayıb.
Xəbər verildiyi kimi, bu "razborka”nın 2 milyon TL məbləğində borc məsələsinə görə baş verdiyi bildirilir. Borc daşınmaz əmlakın alqı-satqısı zamanı yaranıb.

"Kavkaz.Realii” saytı bildirir ki, tərəflər bir gün əvvəl borc məsələsinə görə telefonda mübahisə ediblər. Onlar söhbəti ertəsi gün restoranda davam etdirməyi qərara alıblar.
Söhbət zamanı necə olubsa Abdul-Malik adlı çeçen "Kor Hüseyn”ə sillə vurub. Kriminal avtoritet dərhal tapançanı çəkib və Abdul-Malikin başından vurub. Qarşı tərəfdən də silahlar işə düşüb və "Kor Hüseyn”in tərəfində olan bir Azərbaycan vətəndaşı da hadisə yerində canını tapşırıb. Biri restoranın sahibi olmaqla 2 nəfər yaralanıb.
"Kor Hüseyn” 2018-ci ilin avqustunda İstanbulda güllələnmiş azərbaycanlı kriminal avtoritet "Rövşən Lənkəranski”nin (Rövşən Canıyev) qruplaşmasına daxil idi və onun sağ əli hesab olunurdu. Lənkəranskinin ölümündən sonra qruplaşmanın ümumi kassasına ("obşak”) məhz "Kor Hüseyn”in nəzarət etdiyi, Canıyevin kriminal imperiyasına onun başçılıq etmək iddiasında olduğu bildirilirdi.

O vaxt "Rosbalt” yazırdı ki, "Kor Hüseyn" bütün "razborka"larda mütləq şəkildə Canıyevi müşayiət edib. O, kimin Lənkəranskiyə nə qədər ödədiyini, nə qədər borclu olduğunu qəpiyinəcən bilir. Bir sözlə, onun əlində geniş siyahı var. Bu siyahıda adları olanlar isə Hüseyndən can qurtarmağa, eləcə də mirasın öz aralarında bölüşdürülməsinə çalışırlar.
Bu baxımdan istisna deyil ki, İstanbuldakı "razborka” da "Rövşən Lənkəranski”nin hansısa obyektinin satışından əldə edilmiş pulun bölüşdürülməsinə görə baş verib.

Tatarıstanlı bloqer Andrey Alistarov isə İstanbuldakı bu "razborkada” Naberejnı Çelnıdan olan biznesmen Erik Qafarovun adamlarının da iştirak etdiyi iddiasını irəli sürüb. Bloqer bildirir ki, atışmadan bir gün əvvəl "hansısa kriminal avtoritetlərin və ya sadəcə olaraq uşaqların” Qafarovla, yaxud onun ətrafından kiminləsə görüşmək istədiyinə dair məlumat almışdı. Hadisə yerindən yayılan videokadrlardan isə bloqer biznesmenin adamlarına oxşatdığı iki adamı gördüyünü bildirir.
Erik Qafarov Tatarıstanda maliyyə piramidası qurub və əmanətçiləri aldadıb. Hüquq-mühafizə orqanları onun barəsində cinayət işi qaldıranda ölkədən qaçıb və hazırda İstanbuldadır.
Bu arada atışmada öldürülən Azərbaycan vətəndaşının kimliyi barədə məlumat yayılıb. Türkiyə mənbələri həmin şəxsin Rəhim Rəhimli olduğunu bildirir.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Oğru dünyası
“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
Manşet, Foto, Oğru dünyası
Lotu Quli qətlə yetirilərkən yanında olan azərbaycanlı kriminal avtoritet də öldürüldü
-
Manşet, Foto, Oğru dünyası
Ülfət Tağıyev qayıtdı, Moskva qanqsterlərinə başçılıq edir - ONU ŞƏHƏRDƏ KORTEJİN MÜŞAİYƏTİ İLƏ GEDƏN GÖRÜBLƏR...
-
Foto, Oğru dünyası
“Ağbaş”ın ölümündən sonra yeni müharibə gözlənilir - YERİNƏ BACISI OĞLU RUSLAN İDDİA EDİR
-
Manşet, Foto, Oğru dünyası
Tanınmış xanım müğənnilərin qətlə yetirilən "qanuni oğru” ilə hansı əlaqələri varmış?
-
Foto, Oğru dünyası
“Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur
-
Foto, Oğru dünyası
Abdulmalik kriminal avtoritet “Kor Hüseyn”ə sillə vurdu, o da tapançanı çəkdi... - İSTANBUL RESTORANINDA ATIŞMA
-
Manşet, Foto, Oğru dünyası
Qarabağa muzdlu dəstələr göndərən Avidzbanın həbsi - Qardaşı “Lotu Quli”nin düşməni olub
-
Manşet, Foto, Oğru dünyası
“Lotu Quli”nin qətlinin sifarişçisi açıqlandı - SÜRÜCÜ “XAN”I ARADAN GÖTÜRMƏK İSTƏYİRMİŞ...