Abbas Lisaninin həbs müddəti 8 ildən 15 ilə artırıldı

Abbas Lisaninin həbs müddəti 8 ildən 15 ilə artırıldı
Загрузка...
Ərdəbil Apelyasiya Məhkəməsi ilkin məhkəmədə 8 il həbs və iki il sürgün cəzasına məhkum olan siyasi fəal Abbas Lisaninin həbs müddətini 15 ilə artırıb. İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin xəbərinə əsasən, apelyasiya məhkəməsi türk fəalın ilkin məhkəmədə bəraət qazandığı iki ittihamı yenidən dosyeyə əlavə edib.  
İlkin məhkəmədə "Qərbi Azərbaycan vilayətində türk icmasını təhrik etmək” və "GAMAC adında qruplaşmanı təşkil və idarə edib və ona üzv olmaq” ittihamlarından bəraət qazanan Abbas Lisani "ölkənin təhlükəsizliyini pozmaq”da günahlandırılaraq 8 il həbs və iki sürgünə məhkum olunmuşdu.
Apelyasiya məhkəməsi onun ilk iki ittihamdan aldığı 8 il həbs cəzasını 10 ilə artırıb və digər ittihamlar əsasənda 5 il həbs cəzası əlavə edib. Keçən həftələrdə Ərdəbildən Amerikanın Səsinə danışan milli fəal İsa Əzizinin bildirdiyinə görə, ilkin məhkəmədə Abbas Lisaniyə ittihamlarını oxuyan hakim Ətəbati apellyasiya məhkəməsində onun kassasiya şikayətinə baxıb.
"Qəribə məsələ budur ki, Abbas bəyə hökm verildiyi zaman Ərdəbil məhkəməsinin prokuroru olan hakim Ətəbati indi də apelyasiya məhkəməsinin hakimi olaraq Abbas bəyin şikayətinə baxır. Yəni ilkin hökmü oxuyan adam indi kassasiya şikayətinə baxır,” İsa Əzizi Amerikanın Səsinə bildirmişdi.
Загрузка...
Загрузка...

Xəbər lenti