9 noyabr Dövlət Bayrağı Günüdür

9 noyabr Dövlət Bayrağı Günüdür
Загрузка...
Noyabrın 9-da Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Bayram münasibətilə ölkədə qeyri-iş günüdür.
Bu il Bayraq Günü şənbə gününə düşdüyünə görə növbəti gün - 11 noyabr da qeyri-iş günü elan edilib. Üzərində aypara və səkkiz guşəli ulduz olan üçrəngli bayraq 1918-ci l noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) tərəfindən dövlət rəmzi kimi təsdiq edilib. Bu bayraq 1920-ci il aprelin 28-nə qədər qüvvədə olub, həmin tarixdə Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edilib. 1980-ci illərin sonu - 1990-cı illərin başlanğıcında milli-azadlıq mübarizəsi nəticəsində 1991-ci il fevralın 5-də Azərbaycan Ali Şurası üçrəngli bayrağı respublikanın rəmzi kimi bərpa edib.
Azərbaycan prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli fərmanına uyğun olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin xatirəsinə noyabrın 9-u hər il "Dövlət Bayrağı Günü" kimi qeyd olunur. 2010-cu ildə Bakı buxtasının cənub-qərb sahilində bayraq dirəyinin yüksəkliyi 162 m olan Bayraq Meydanı açılıb. Oradaca Bayraq Muzeyi yaradılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti