8 il əvvəlin bağlı qalan cinayət: Səfirlə görüşən Elnur İbrahimovu ölkədən kimlər qaçırmışdı?

10 Avqust 2021, 13:06
10 Avqust
2021
13:06
2790
Ötən gün, avqustun 9-da səfir Elmira Axundovanın yaxını Elnur İbrahimovun ölkədən qaçırılmasının 8-ci ili tamamlanır. Külli miqdarda dələduzluq cinayətində təqsirli bilinən Elnur İbrahimovun ölkədən qaçırılmasının təşkilatçılarının əməllərinə isə bu günə qədər hüquqi qiymət verilməyib.
Nə baş vermişdi?
Elmira Axundovanın oğlu Həbib Axundov anasının xeyir-duası və birbaşa iştirakı ilə iş qurmaq adı ilə vətəndaşlardan pul toplayıb. Bu işdə Elnur İbrahimov Həbib Axundovun göstərişlərinin icraçısı rolundu olub. Vətəndaşlara Elmira Axundova və oğlu bildiriblər ki, onlardan aldıqları pullarla Dubaydan Azərbaycana dəftərxana malları gətirib müxtəlif dövlət qurumlarına satacaqlar. Və əldə edilən gəlirdən biznes ortaqlarına şirkətə qoyduqları pullara görə dividend veriləcək. 2-3 aylıq dividend verilişi sonradan dayandırılıb.
Məlum olub ki, Elmira Axundovanın oğlunun göstərişlərini yerinə yetirən Elnur İbrahimov Dubaydan heç bir dəftərxana malları gətirmir. Bu sadəcə çoxlu pul toplamaq üçün uydurulmuş bir əfsanə olub, faktiki olaraq biznes olmayıb. Şirkətdən dividend olaraq verilən pullar da elə bu adla vətəndaşlardan toplanılan vəsaitlərdən verilib. İş üzrə aldadılan şəxslər bu məsələdən agah olandan sonra Elnur İbrahimovu hüquq mühafizə orqanına təhvil vermək qərarına gəliblər. Bu zaman məsələyə deputat Elmira Axundova qarışıb. 2013-cü ilin avqustun 5-də Elnur İbrahimov Həbib Axundovun müşayəti ilə Qəbələyə Elmira Axundovanın yanına aparılıb.
Həmin gün orada yerləşən "Qafqaz resort” oteldə düzənlənən tədbirə qatılan Elmira Axundova Elnur İbrahimovla görüşüb. Bundan sonra aldadılan şəxslərə deputat vəd edib ki, hər kəsin pulları geri qaytarılacaq, sadəcə bəzi dəqiqləşdirilmələr aparılmalıdır. 5 gün sonra – avqustun 9-da isə Elnur İbrahimov ölkədən qaçırılıb.
Gürcüstana gedən Elnur İbrahimov oradan Rusiyaya qaçıb. Bu qaçışdan sonra zərərçəkənlər hüquq mühafizə orqanına üz tutmaqla Həıbib Axundovun ailəvi dostu Elnur İbrahimovun saxlanılaraq istintaqa cəlb edilməsi üçün hərəkətə keçiblər. Lakin 3 ildən bir qədər artıq müddətdə Elnur İbrahimovun yerini müəyyən etmək mümkün olmayıb.
Azərbaycan polisinin Rusiyadan olan həmkarlarına Elnur İbrahimovun saxlanılması üçün müraciətləri müəmmalı şəkildə təmin olunmayıb. Elnur İbrahimovun Rusiya ərazisinə keçirilməsi haqda sorğulara cavab olaraq bildirilib ki, Elnur İbrahimov Rusiya ərazisinə keçməyib. Gürcüstan hüquq-mühafizə orqanlarından isə qeydiyyat sənədlərinə əsasən belə cavab verilib ki, Elnur İbrahimov Gürcüstandan Rusiyaya keçib. İş üzrə zərərçəkənlər yorulmadan hüquq-mühafizə orqanlarına müraciət etdikləri bir vaxtda Elmira Axundova və oğlu Həbib Axundova onlara qarşı məhkəmələrdə iddialar qaldırıb, hüquq mühafizə orqanlarına müraciətlər ediblər.
Elnur İbrahimov Həbib Axundov, onun anası Elmira Axundova ilə çox yaxşı münasibətləri bu gün də qalmaqdadır.
Ailənin bütün tədbirlərində Elnir İbrahimov məclisin yuxarı başına keçirilib, Axundova hələ deputat olduğu zamanlarda onun iştirakı ilə rəqs etməyi xüsusi olaraq xoşlayıb. Bunu sübut edən video da var.
Həbib Axundovun psevdo-biznesin labüd çöküşündən sonra Elmira Axundovanın məsələyə qarışması da təsadüfi deyil. Həbib Axundov Elnur İbrahimovun ölkədən qaçırılmasından 1 il sonra zərərçəkən kimi tanınmaq üçün müraciət edib.
Bu günə qədər bu ləngimənin səbəbini izah etmirlər.
2016-cı ildə Elnur İbrahimov həbs edilib ölkəyə gətiriləndən sonra üzərində məhkəmə qurulsa da, yenə də onun ölkədən qaçırılması məsələsi araşdırılmadı. Cinayət işində səfir Elmira Axundovanın, oğlu Həbib Axundovun səs yazıları, Elnur İbrahimovun boynuna yüklənən psevdobiznesdən günaşırı gəlir əldə etmələri də araşdırılmadı. Bu gün Elnur İbrahimov həbsdədir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilib. Lakin ümimi olaraq cinayət işi tam olaraq araşdırılmayıb. Elnur İbrahimovla yanaşı Həbib Axundovun, onun anası Elmira Axundovanın 10 milyonluq dələduzluq işində rollarının olub-olmamasına hüquqi qiymət verilməyib.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Video, Dosye
8 il əvvəlin bağlı qalan cinayət: Səfirlə görüşən Elnur İbrahimovu ölkədən kimlər qaçırmışdı?
-
Manşet, Video, Dosye
"Qurd qapısı" qəbiristanlığında basdırılan cinayət
-
Manşet, Video, Dosye
Üç il əvvəlin cinayət dosyesi - Səfir oğlunun adı keçən müəmmalı ölüm
-
Manşet, Video, Dosye
Hərbi təyyarəni raketlə vurublar - ekspertdən SENSASİON İDDİA
-
Manşet, Video, Dosye
"Mən Kəmaləddin Heydərovun killeri olmalı idim..."- Hərbi polisin keçmiş mayoru 24 il saxladığı sirri açdı
-
Manşet, Video, Dosye
Güc nazirlərini aldatmaq istəyən deputatın şok məktubu - DOSYE