74 yaşlı qadına qarşı 75 min dollarlıq DƏLƏDUZLUQ

74 yaşlı qadına qarşı 75 min dollarlıq DƏLƏDUZLUQ

Bakı şəhər sakininə qarşı dələduzluq edilib.

"Report"un xəbərinə görə, 74 yaşlı Məmmədova Sona Ələkbər qızı hüquq-mühafizə orqanlarına müraciət edərək 2008-ci ildə İldırım adlı şəxsin onun Azadlıq prospekti ev 14/170-də yerləşən mənzilini girov qoyaraq “Unibank” ASC-dən 75 min ABŞ dolları pul götürdüyünü deyib. O bildirib ki, həmin şəxs bankın pulunu qaytarmır. Bu səbəbdən də bank qadının mənzilini əlindən ala bilər.

Faktla bağlı araşdırma aparılır.

Criminal.az

Xəbər lenti