7 nəfərin döydüyü gənc bir gün sonra niyə intihar etdi? - "Guya Zaurun həyat yoldaşına təcavüz edib" 7 nəfərin döydüyü gənc bir gün sonra niyə intihar etdi? - 7 nəfərin döydüyü gənc bir gün sonra niyə intihar etdi? -

7 nəfərin döydüyü gənc bir gün sonra niyə intihar etdi? -
Загрузка...
"Övladım Fətəliyev Anar Tahir oğlu intihar həddinə çatdırıldığı üçün özünü asaraq öldürüb. Buna görə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlamış cinayət işi üzrə Göyçay rayon prokurorluğunda müstəntiq Anar Nuriyev saxtakarlıqla, qanunszuluqla ibtidai istintaq aparır. Mən mətbuat vasitəsi ilə xahiş edirəm mənim oğlumun intihar həddinə çatdıran 4 nəfər şəxsin məsuliyyətdən kənarda saxlanılmasının qarşısı alınaraq tədbir görülsün". Bu sözlərin Criminal.az saytına Göyçay rayonu Hacağabəyli kənd sakini Firəngiz Fətəliyeva deyib. 

Valideynin sözlərinə görə, Göyçay rayon prokurorluğunda ibtidai istintaq qeyri-obyektiv aparılır: "Oğlum Anarın intihar həddinə gətirməkdə təqsirləndirilən şəxs Məryəm tək yox, onun qızı Günel, oğlu Ramil və kürəkəni Zaur Nuriyevlə əlbir olub bu cinayəti törədiblər. Mənim şikayət ərizələrimdən sonra Baş Prokurorluqda bizi qəbul edib dinləyib qanunu tədbirlər görüləcəyinə söz verildi. Ancaq indiyə qədər heç bir tədbir görülmədi. 4 nəfər cinayət törətmiş şəxs hələdə məsuliyyətə cəlb edilməyib. Çünki onlar bunun müqabilində küllü miqdarda rüşvət veriblər. Bizim isə rüşvət verməyə maddi imkanımız yoxdur. 20 iyul 2018-ci il tarixdə oğlum Anarı intihar həddinə çatdıran Məryəm, onun qızı Günel, oğlu Ramil və kürəkəni Zaur Nuriyev olub. Bunu isə təsdiq edən konkret və mötəbər subutlar var. Ancaq cinayət işini aparan Göyçay rayon prokurorluğu bir qrup şəxsi cinayət məsuliyyətindən yayındırıb qanunsuzluq edib. Biz bu cinayət işinin Göyçay rayon prokurorluğunda aparılmasına etiraz edirik. Oğlum Fətəliyev Anarın özünü öldürmə həddinə çatması ilə bağlı açılmış cinayət işinin Göyçay rayon prokurorluğundan alınaraq ibtidai istintaq edilməsi üçün başqa rayon prokurorluğuna verilməsini və cinayəti törətmiş digər şəxslərində cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edirəm". 

Anar Fətəliyev 
Mərhumun atası Tahir Fətəliyev isə Criminal.az saytına bildirdi ki, Z.Nuriyev qaynanası Məryəm, baldızı Günel və qaynı Ramillə birləşərək oğlu Anarı ölümcül döyüb: "Gəlib burda araşdırsınlar. Zaur oğluma böhtan atırdı ki, guya onların həyətinə keçib. Hadisədən iki gün əvvəl isə onlar birləşərək Anarı möhkəm döymüşdülər. İki gün sonra isə oğlum özünü asdı. Günahımız varsa cəzamızı versinlər. Oğlumu tanınmaz hala salmışdılar. Qanlı paltarları bu dəqiqə evdədi. Bunu polis də bilir, prokuror da. Yoldaşım partiya bileti ilə gedib prezidentin qəbuluna. Bu nə dərəbəylikdir. Bizi tutmasınlar, bizə 10 dəqiqə vaxt versinlər, onların iliyin qıraq".
Mərhumun həyat yoldaşı Türkan Fətəliyeva isə Criminal.az saytına bildirdi ki, hadisənin neçə baş verməsini danışdı. Onun sözlərinə görə,  iyulun 20-də günorta saatlarında qonşuluqda olan Zaur Nurivey və onun qohumları evə hücum edərək Anarı yatağında ölümcül döyüblər. 

"Anarla evdə ikimiz idik. Günorta saat üç idi. 7 nəfər həyətə girdi. Anarı çağırdım, oyanmadı. 3 nəfər - Zaurun qaynatası Rizvan, qaynı Zamiq, Yaşar pilləkəndə dayandı. 4 nəfər - Məryəm, Günel, Qorxmaz və Zaur evə soxuldular. Günel əlindəki daşla, Qorxmaz stəkanla Anarın başına zərbə vurdu. Rizvana yalvardım ki, kömək edin. Dedi ki qoy öldürsünlər. Qaynatamgili çağırmağa getdim, qayıdanda gördüm ki, Turan Kərimli adlı polis əməkdaşı gəlib. Anar hüşsüz vəziyyətdə idi. Ev al qanın içərisində idi, saxsı qırıntısı idi hər yer. Dedilər ki, güya Anar həmin gün saat 10 radələrində Zaurun həyətinə keçərək həyat yoldaşı Aygünə təcavüz edib. Zaurun yoldaşı Aygün izahatında deyib ki, guya Anar onu həyətdə boğmaq istəyib. Polis evdə Anarın izahatın aldı, sonra başının qanı kəsmədiyindənm təcili yardım maşını ilə xəstəxanaya aparıldı. Xəstəxanadan bizi polis maşınında şöbəyə apardılar, elə bil cinayətkar bizik. Sonra xəstəxanaya prokurorluqdan Bəhruz adlı şəxs gəldi. Anarı tək otağa apardılar. Yoldaşın axşam evə gələndə pilləkənlərdə oturub ağlayırdı. Soruşdum niyə ağlayırsan, dedi ki Bəhruz mənə elə söz dedi ki.. Dedi ki, Bəhruz ona "özünü tülkülüyə vurmusan, sənə butulka yeridəndə hər şeyi etiraf edəcəksən" deyib. Mənə dedi ki, Bəhruzun dediyi sözü onun özünə sübut edəcək. Səhər oyandım ki, yanılmda yoxdu, evin həyətindəki tövlənin damında özünü asmışdı"-deyə T.Fətəliyeva bildirdi.
T.Fətəliyeva bildirdi ki, hadisə 5 ay əvvəl baş versə də, 7 nəfərdən məsuliyətə cəlb olunan yoxdur.
Göyçay rayon Prokurorluğunun işi araşdıran müstəntiqi Anar Nuriyev Criminal.az saytına bildirdi ki, istintaq sirri olduğundan hadisə ilə bağlı heç bir açıqlama verə bilməz. Onun sözlərinə görə, şikayət etmək hər bir vətəndaşın borcudur, hazırda istintaq gedir. İstintaq tamamlanıb iş məhkəməyə göndərilməyənə qədər məsuliyyətə cəlb olunanın olub-olmayacağını bilmək olmaz. 


Загрузка...
Загрузка...

Xəbər lenti