7 il əvvəl öldürülən azərbaycanlı avtoritet Çexiyada “xortladı”

7 il əvvəl öldürülən azərbaycanlı avtoritet Çexiyada “xortladı”
Загрузка...

2012-ci ildə Moskvada maşınında qətlə yetirilən azərbaycanlı kriminal avtoritet İlqar Cəbrayılov Çexiyanın paytaxtında peyda olub.

"Qafqazinfo” xəbər verir ki, "Sobesednik.ru” saytı biznesmenlə bağlı maraqlı faktlar əldə edib. 

Cinayət aləmində "Danabaş" ləqəbi ilə tanınan İlqar Cəbrayılov məşhur qanuni-oğru Ded Xasanın "katibliyinin” rəisi və təhlükəsizliyinə cavadeh şəxs olub. "Danabaş”ın ölümündən 3 il sonra Lublinsk rayon məhkəməsi onun qətlində şübhəli bilinən azərbaycanlı "qanuni oğru” Ülfət Tağıyevə hökm oxuyub. 

 

"Sobesednik”in kommersiya reyestrindən əldə etdiyi çıxarışda elə həmin il - 2015-ci ildə Çexiyada "Mega Color” adlı firmanın qeydiyyatdan keçdiyi məlum olub. Ən maraqlısı isə, firmanın həmtəsisçilərindən birinin İlqar Cəbrayılov adlı şəxs olmasıdır. Hansı ki, həmin vaxt o, artıq 3 il əvvəl ölmüş olmalıydı... Araşdırma nəticəsində doğum tarixi və Moskva adresi də mərhumunki ilə üst-üstə düşüb. 

Avtoritetin Çexiyadakı firması qeydiyyat sənədlərinə əsasən, spirtli içki satışı ilə məşğuldur. 

Qeyd edək ki, İlqar Cəbrayılov Ələsgər oğlu ölümündən əvvəl eyniadlı firmanı Rusiyada da qeydiyyatdan keçirib. Ən qəribəsi isə, Rusiyadakı firmanın da sahibi və baş direktoru hələ də "Danabaş” hesab edilir. Bu azmış kimi, o, maliyyə hesabatlarını da təqdim edir. 

Nəşr belə olan halda, Cəbrayılovun ölümünün ya səhnələşdirildiyini, ya da kiminsə onun sənədlərindən istifadə etdiyini və imzalarını saxtalaşdırdığını yazır. 


Загрузка...
Загрузка...

Xəbər lenti