6 aylıq övladını öldürən atanın tükürpərdən ifadəsi

12 Noyabr 2021, 14:26
12 Noyabr
2021
14:26
1866
Bakıda 6 aylıq körpəsini boğaraq öldürən Vüsal Əliyev məhkəmədə verdiyi ifadəsi zamanı törətdiyi dəhşətli qətlin təfərrüatından danışıb.
"Kriminalqafqaz” məhkəmə materiallarına istinadən məlumat verir ki, 2020-ci ildə Vüsal Əliyevlə 7 ildir qeyri-rəsmi ər-arvad kimi yaşadığı Nurlananın (şərti ad) bir oğlu dünyaya gəlib. Amma V. Əliyev uşağın atasının özü olmadığını düşünərək Nurlana ilə mütəmadi mübahisələr edib.
Hadisə baş verən gün, yəni 29 may 2021-ci ildə də onlar arasında mübahisə düşüb. Nurlana körpəni Vüsal Əliyevin yanında qoyaraq evdən çıxıb. Körpənin dayanmadan ağladığını görən Vüsal sağ əli ilə ağız və burnunu sıxaraq onu susdurmağa çalışıb. Nəticədə körpə boğularaq ölüb.
Nurlana ifadəsində bildirib ki, uşaq təzə doğulanda Vüsalla aralarında bu kimi mübahisələr olmayıb:
"Ruzi təzə doğulanda Vüsal onun atası olmadığı ilə bağlı heç vaxt bir söz deməyib. Çünki buna səbəb də yox idi. Uşaq onun övladı idi. Hətta istintaq zamanı genetik ekspertiza keçirməklə uşağın atasının məhz Vüsal olması təsdiqlənib. Vüsal məni pul qazanmaq xətrinə pis yola vadar edib. Ona pul lazım olan kimi məni müştərilərlə görüşməyə göndərirdi. Elə hadisə günü də belə olmuşdu. Evə səhərə yaxın qayıdıb gördüm ki, oğlum Ruzi yatağında güclə nəfəs alır və ağzının ətrafında qançırlar var. Halbuki uşağı həmin gün çimizdirmişdim və onun yanında sağ-salamat qoyub getmişdim. Mən başa düşdüm ki, uşağı Vüsal boğub. Amma soruşanda dedi ki, guya Ruzi yemək yeyərkən boğulub”.
Nurlana artıq əri Vüsalı bağışladığını deyib: "Mən evə gələndə qapını Vüsal açdı, içkili idi. Uşağın nəfəsinin gəlmədiyini görəndə ona dedim ki, tez təcili yardım çağırsın. O çağırana qədər mən də Ruziyə süni nəfəs verdim. Amma uşaq artıq ölmüşdü. Bunu gələn tibb işçiləri də təsdiqlədi. Bundan sonra mən Vüsalla dalaşdım. Uşağımı niyə öldürdüyünü soruşdum. Həmin vaxt Vüsal yumruqla başıma, qoluma və sinəmə zərbələr vurdu. Bütün bunlara baxmayaraq, Vüsalı bağışlayıram və ondan heç bir tələbim yoxdur”.
Məhkəmədə ifadə verən Vüsal Əliyev deyib ki, Nurlana ilə 2014-cü ildə avtovağzalda xaçapuri satarkən tanış olub: "Sonra birlikdə yaşamağa başladıq, amma Nurlana mənə xəyanət edirdi. Buna görə də aramızda tez-tez dava-dalaş olurdu. Sonra mən rayona çıxıb getdim. Təxminən 4 ay orada qaldım. Bu müddət ərzində Nurlana tez-tez mənə zəng edib deyirdi ki, barışaq. Sonra mən yenidən şəhərə qayıtdım və Nurlana hamilə olduğunu dedi. Uzun müddət idi onu görmürdüm və düşündüm ki, uşağın atası mən deyiləm. Amma münasibətimiz korlanmasın deyə bir söz demədim”.
Vüsal Əliyev ifadəsində qeyd edib ki, uşaq anadan olandan sonra onun xəstə olduğunu biliblər, amma müalicəsi üçün maddi imkanları olmayıb: "Mən fəhlə işləyirdim, Nurlana da limon satırdı. Bəzən də gecələr "20 Yanvar" yolunda dayanıb müştərilərə cinsi xidmət göstərib pul qazanırdı. Nurlanaya deyirdim ki, "kliyentə” az get, mənə də diqqət göstər. Amma o, məni saymırdı. Elə hadisə günü də bəzənib evdən getməyə hazırlaşırdı, hara getdiyini soruşdum. O da dayısıgilə gedəcəyini dedi. Ona inanmadım və dalaşdıq. Sonra Nurlana dedi ki, kirayə pulunun vaxtı çatıb, pul lazımdır. Buna görə də müştəri yanına gedir. Mən də icazə verdim”.
Evdə körpə ilə tək qalan Vüsal uşaq yatarkən mağazaya gedib özünə içki aldığını deyib: "Pivəni soyuducuya qoydum ki, bir az sərinləsin. Özüm də çimib yatdım. Sonra uşaq qəfil oyanaraq ağlamağa başladı. Mən də Nurlananın hazırlayıb qoyduğu qabdakı yeməyi ona verdim. Uşaq bir az yeyəndən sonra qusmağa başladı. Uşağı sakitləşdirəndən sonra pivəni içdim. Sonra o yenə ağlamağa başladı və mən onu sakitləşdirmək üçün qucağıma alıb öz yanımda yatırtmaq istədim. Ruzini özümə sıxaraq yatmışam. Bilmədən uşağın boynunu sıxdığım üçün boğulub. Nurlana evə gələndə səsə oyandım. Həmin zaman uşağın ağır nəfəs aldığını gördüm. Təcili yardım çağırsam da, uşaq artıq ölmüşdü”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1992-ci il təvəllüdlü Vüsal Əliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xəbər lenti
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
Digər xəbərlər
-
Manşet, Məhkəmə
MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
Foto, Məhkəmə
“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
Manşet, Məhkəmə
Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
Manşet, Məhkəmə
MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
Manşet, Məhkəmə
MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
Manşet, Məhkəmə
''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
Məhkəmə
FHN Hospitalının baş həkiminə hökm oxundu
-
Manşet, Məhkəmə
“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
Manşet, Məhkəmə
“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”