''6 ay xəstə yatdım'' - “Azfen”dən şikayət

''6 ay xəstə yatdım'' - “Azfen”dən şikayət
Загрузка...

Bakı şəhər sakini İsmayıl Muxtarov “Azfen Bm” şirkətindən şikayətçidir. Bu barədə “Qafqazinfo”ya müraciət edən şikayətçi qeyd edib ki, 2015- ci ilin avqustunda şirkətdə qaynaq maşın operatorunda işləyən zaman infarkt keçirib: “İş sahəsinin həkiminin köməkliyi ilə xəstəxanaya çatdırıldım və 6 ay xəstə yatdım. Bundan sonra mənə 2-ci qrup əlil statusu verildi. Şirkət isə yalnız 650 manat pul verməklə kifayətləndi.

Artıq bir ilə yaxındır ki, rəhbərlik istehsalatda əmək qabiliyyətimin itirilməsi ilə bağlı aktı mənə vermir. Bununla bağlı dəfələrlə Dövlət Əmək Müfəttişliyinə, Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm. Lakin Dövlət Əmək Müfəttişliyi şirkətin tərəfini tutur. Mənə 110 manat pensiya verməklə kifayətləndilər. Əvvəl işdən çıxarmaq istədilər, ombudsmana müraciət edib işə bərpa olundum. Sonradan səhhətim pisləşdiyi üçün heç bir təzminat ödəmədən işdən çıxartdılar. Xəstə olduğum üçün müalicələrimi davam etdirirəm, amma 110 manatlıq pensiya ilə bunların öhdəsindən gəlmək mümkün deyil”. 

Criminal.az

Xəbər lenti