55 yaşlı kişi 8 yaşlı qızı oğurladı

55 yaşlı kişi 8 yaşlı qızı oğurladı
Загрузка...
Sumqayıt şəhərində 55 yaşlı kişi 8 yaşlı qızı oğurlayaraq zorlayıb. "Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bir neçə gün öncə şəhərin 17-ci mikrorayon ərazisində baş verib. 8 yaşlı qız nənəsigilə qonaq gəlibmiş, öz evlərinə geri qayıdarkən yolda 55 yaşlı kişi ilə rastlaşıb. Həmin şəxs uşağa şirnikləndirici vədlər verərək aldadıb və yaxınlıqda yerləşən restoranın arxasındakı zirzəmiyə apararaq bir gecə orada saxlayıb. O, həmin gecə 8 yaşlı qızı zorlayıb.
Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanılıb, cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.
Загрузка...
Загрузка...

Xəbər lenti