44 yaşlı hərbçimizin ürəyi partladı

44 yaşlı hərbçimizin ürəyi partladı
Загрузка...
 İcra nümayəndəsi: ''Yüngül infarkt keçirib, amma özünü qorumayıb, elə həmin axşam da ürəyi dayanıb''
İyulun 27-də Tərtər N saylı hərbi hissədə qulluq edən 44 yaşlı hərbçi Zaur Ramiz oğlu Xasməmmədov vəfat edib. O, yaşadığı Ucar rayonu Qazqumlaq kəndində torpağa tapşırılıb. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, 1970-ci il təvəllüdlü Zaur Xasməmmədov hərbi xidmətdə ürəktutmasından həyatını itirib. Faktı Qazıqumlaq kənd icra nümayəndəsi Mehman Məmmədov da təsdiqləyib. O, iyulun 29-da mərhumun 3 mərasiminin verildiyini deyib: "Onun ürəyində problem varmış. Yüngül infarkt keçirib, amma özünü qorumayıb, elə həmin axşam da ürəyi dayanıb. Qardaşı da ekspertizada iştirak edib".
Загрузка...
Загрузка...

Xəbər lenti