MTN generalları 20 milyonluq "Karvansaray"ı necə ələ keçiriblər...

Sahibkardan şok açıqlamalar: “8 aylıq dəhşətlərdən sonra ticarət mərkəzinin təsisçilik hüququ Eldar Mahmudovun yaxın qohumu Dilrübə İmranovanın adına rəsmiləşdi”.
2015-ci il oktyabrın 17-sində Eldar Mahmudovun milli təhlükəzilik naziri postundan qovulması əmlakı yağmalanan, mal-mülkü ilə yanaşı, sağlığı əlindən alınan yüzlərlə sahibkarın dilə gəlməsinə yol açdı.
Eldar Mahmudova 20 mağaza istədilər
Bakının Qaradağ rayonunda “Sədərək” və “Binə” ticarət mərkəzlərinin yaxınlığında yerləşən “Karvansaray” ticarət mərkəzi də MTN-dəki çete tərəfindən yağmalanan ünvanlardandır. 2012-ci ilə kimi ticarət mərkəzində payı olmuş Elşən Kərəm oğlu deyir ki, həmin il davamlı təzyiqlərdən sonra əmlaklarını təhvil vermək məcburiyyətində qalıb: ““Karvansaray” MMC-ni biz 20-yə yaxın sahibkar 2010-cu ildən tikdirməyə başladıq. Ora ümumilikdə 20 milyon manata yaxın vəsait qoyulmuşdu. 2012-ci ilin əvvəllərində MTN generalı Nizaməddin Həmidov “Karvansaray” MMC-nin rəhbərindən 20-dən artıq dükan istədi. Demişdi ki, dükanları Eldar Mahmudov üçün tələb edir. MMC rəhbəri bizimlə məsləhət etdi, dedik ki, mağazaları verə bilmərik. Qiyamət bundan sonra başladı. Başımıza açmadıqları oyun qalmadı. Ticarət mərkəzini tikən podratçı şirkətin rəhbərliyi bizdən MTN-ə şikayət yazdı. Guya onları işlədib pullarını ödəməmişik. Şikayəti MTN yoxladı. Səlim adlı bir işçiləri 2 ay ticarət mərkəzinə gəlib-getdi. Sonda kompleksi tikənlərə 4 milyon manat borclu olduğumuzu dedilər. Yalançı borc yaratdılar. Borcun əvəzinə 40 mağaza alıb verdilər tikintini aparan briqadaya".
Yayın ortasında kondisioneri maksimal istiliyə qoyub kabinetdən çıxırdılar. Bunu küçədə 40 dərəcə isti olanda edirdilər...
Criminal.az musavat.com-a istinadən xəbər verir ki, sahibkar deyir ki, düşünüblər ki, bununla problemləri sona çatıb. 2012-ci ilin yazında ticarət mərkəzinin açılışına hazırlıqlara başlayıblar. Amma...
“Ticarətçilərlə də anlaşmışdıq. Xaricdən şirkətlərlə də anlaşmalar vardı. Çindən, Türkiyədən, Avropadan, Rusiyadan və İrandan şirkətlərlə razılaşmalarımıza uyğun ticarət mərkəzinə mal gətirilməli idi. 1000-ə yaxın sahibkar da orada artıq işləməyə hazırlıq görürdü. Belə bir vaxtda MMC rəhbəri MTN-ə çağırıldı. Onu 8 ay MTN-ə aparıb-gətirdilər. Hər gün səhər saat 7-də MTN-ə çağırırdılar. Saat 10-a qədər orada gözlədirdilər. Sonra da qəbul edib kabinetdə təhqir edir, söyür, başına oyun açırdılar. Yayın ortasında kondisioneri maksimal istiliyə qoyub kabinetdən çıxırdılar. Bunu küçədə 40 dərəcə isti olanda edirdilər. Qapı bağlı olduğundan o, həmin kabinetdən çıxa bilmirdi. Hazırda ağır əməliyyatdan çıxıb. Vəziyyəti çox ağırdır. Növbəti əməliyyata hazırlaşır. Bu xəstəlikləri MTN-dəki dəhşətlərdən sonra tapıb. Bunu hamı bilir. 8 aylıq dəhşətli işgəncələrdən sonra o, daha dözə bilmədiyini dedi və təsisçilikdən imtina etdi” - Elşən Kərəm oğlu bildirib.
8 ay sonra ticarət mərkəzi Eldar Mahmudovun yaxın qohumunun adına keçirildi
Onun sözlərinə görə, “Karvansaray”ı onlardan MTN generalları Akif Çovdarov və Hilal Əsədov alıb: “Bizim MMC-nin rəhbərini Akif Çovdarov yanına çağırıb təhqir edir, söyürdü. Növbəti gün də Hilal Əsədov bunu təkrar edirdi. 8 aylıq dəhşətlərdən sonra ”Karvansaray" MMC-nin təsisçilik hüquqü Eldar Mahmudovun yaxın qohumu Dilrübə Məhəmməd qızı İmranovanın adına keçdi. Dedilər ki, Dilrübə İmranova Eldar Mahmudovun həyat yoldaşının əmisi qızıdır. Dilrübə İmranova ora gəlib- getmirdi. Məni də icraçı direktor vəzifəsindən çıxarıb ora Natiq Hümbətovu qoydular. Dedilər ki, Natiq Hümbətov Akif Çovdarovun bacısı oğludur. Tutub bütün əmlakımızı əlimizdən aldılar, özümüzü də çöllərdə qoyublar. Hərəmiz ora əlimizdə olan pulu qoyub işləyib vergi ödəyəcəkdik. Əlimizdən aldılar. Biz heç kimə şikayət edə bilmirdik. Şikayət etsəydik, bizi də ora aparacaqdılar. Bir adamın ki, şəxsi türməsi olub, biz ona nə edə bilərdik?"
MTN generalları özlərinə sosial baza yaradırdılar?
Sahibkar deyir ki, ticarət mərkəzi əllərindən alınandan sonra ticarətçilər oradan qaçmağa başlayıb. Bu gün ticarət mərkəzi fəaliyyətsizdir: “Bütün bu əməliyyata Hilal Əsədov rəhbərlik edirdi, bunların ağsaqqalı odur. MTN-də zəbtetmə işlərinə o rəhbərlik edib. Biz ölkə başçısından haqq-ədalət istəyirik. Bu adamlar obyekti bizdən alıb xarabazara çevirdilər. Məqsədləri pul qazanmaq idisə, oranı niyə işlətmədilər? Niyə ticarət mərkəzinin işini iflic edib bir kənara çəkildilər? MTN generalları Eldar Mahmudov, Nizaməddin Həmidov, Hilal Əsədov, Akif Çovdarov biz sahibkların biznesini əlindən alıb işlərimizi iflic etməklə özlərinə sosial baza yaradırdılar? Bir neçə min insanı işsiz qoyub sərmayəsini batıran, sahibkarların əmlaklarını əllərindən alan bu rəzil insanların iddiaları nə idi? İçdikləri zabit andına xainlikləri bunların xislətindədir. Biz dövlətmizdən haqq-ədalətin bərpa olunmasını gözləyirik. Ölkə prezidentinin sahibkarlara və iş adamlarına dəstək verməsini alqışlayırıq. Bizə əlimizdən dəhşətli işgəncələrlə alınmış ticarət mərkəzini qaytarsınlar, özümüz qarışıq 1000-dən çox ticarətçinin orada işləməsini təmin edək. Dövlətimizə vergi ödəyib işlə təmin olunaq”.
Yada salaq ki, “Karvansaray” ticarət mərkəzi Bakının Qaradağ rayonu ərazisindəki digər iki ticarət mərkəzinin - “Binə” və “Sədərək” ticarət mərkəzlərinin qonşuluğundadır.
“Karvansaray”ın tikintisi aparılan zamanlarda ticarət mərkəzinin ölkənin 3 ən böyük alış-veriş mərkəzindən birinə çevriləcəyi haqda söhbətlər dolaşırdı. Lakin 2012-ci ildə mətbuatda digər 2 ticarət mərkəzinin sahibləri Kəbirə Məmmədova və Yusif Qədimovla yanaşı, Nizami Quliyevin də iflas həddinə çatması haqda məlumatlar yayılmağa başladı. Həmin vaxt bunun səbəbi açıqlanmasa da, indi həqiqət üzə çıxıb və “Karvansaray”ın iflas etməsinin səbəbi ortalıqdadır. Qalır “MTN işi” üzrə istintaq aparan qrupun bu faktları toplayıb hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərməsi.
Criminal.az
Xəbər lenti
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
14:29AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
23:28Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
12:17İlham Əliyev, Putin və Paşinyan bəyanat imzaladı - Tam mətn
-
12:14Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi
-
12:12Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü
Digər xəbərlər
-
Cinayət
Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
Cinayət
Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
Manşet, Cinayət
Eldar Həsənovdan kim qisas alır? - Vəkildən sensasion iddia
-
Cinayət
Hərbi qulluqçunun intiharı ilə bağlı istintaq başlayıb
-
Cinayət
Keçən il küçədə döymüşdü, bu dəfə bıçaqladı
-
Foto, Cinayət
“Mandarin LTD”nin pulu oğurladılar, özünü də şantaj edirlər
-
Manşet, Foto, Cinayət
Zeynəb Xanlarovanın bacısı oğlu axtarılır
-
Foto, Cinayət
“Topçu Vüsal”ın adıyla pul qazanmaq istəyənin kimliyi bəlli oldu
-
Cinayət
Baş Prokurorluq: "Seyran Ohanyan barəsində cinayət işinin istintaqı aparılır"