3 yaşlı Nəsrinin həyatını xilas edə bilərsiniz 3 yaşlı Nəsrinin həyatını xilas edə bilərsiniz

3 yaşlı Nəsrinin həyatını xilas edə bilərsiniz
Загрузка...
 Xroniki Qranulamatoz diaqnozu qoyulan 3 yaşlı Nəsrin Qurbanzadə təcili əməliyyat olunmalıdır. Cəsarət Qurbanov bildirdi ki, qızı Nəsrinə Xroniki Qranulamatoz diaqnozu qoyulub və təcili sümük iliyi köçürülməlidir:
"4 aya yaxın vərəm disponserində yatıb, o xəstəlikdən sağalıb. İndi də Xroniki Qranulamatoz xəstəliyi ilə mübarizə aparırıq. Qızım əməliyyat olunmalıdır, sümük iliyi köçürülməlidir. Bu əməliyyat da Türkiyədə olunmalıdır. Çünki, donor orada tapılıb, təxminən 100 min manat pul lazımdır. Mənim də buna imkanım yoxdu, bu vaxta qədər 70 min manata yaxın vəsait xərcləmişik”.
Cəsarət Qurbanov dedi ki, 3 yaşlı qızı hal-hazırda talasemiya xəstəxanasında pullu müalicə alır: "Dərmanları da olduqca bahadır. 5 qutusuna 10 min manat verib xaricdən gətizdirmişəm. Bizə demişdilər ki, bu dərmanla sağala bilər ancaq, sağalmadı. İndi məcburi hal alıb. Onun üçün də 100 minə yaxın pul lazımdır”.
 
Nəsrinə dəstək olmaq üçün:
Milli Ön və Bank of Baku-nun ödəniş terminalları vasitəsilə
Bank of Baku:
Müştərinin kodu: 255 425
Doğum tarixi: 03-08-1981
Ad: Qurbanov Cəsarət Fəyyaz oğlu
Hesab: 4203822141042311
Kartın bitmə tarixi: 07/21 




Xəbər lenti