"27 ilimi həbsdə keçirə bilmərəm"– Əfsanəvi Nelson Mandelanın nəvəsi

28 Fevral 2020, 12:27
28 Fevral
2020
12:27
2161
"Ümid edirəm ki, Azərbaycan gəncləri problemləri həll etmək üçün birlikdə çalışırlar”
"Həqiqət həmişə ortaya çıxacaq və bizi azad edəcək”
"Azad olmaq sadəcə zəncirləri qırmaq deyil, başqalarının azadlığını artıran və qoruyan bir formada yaşamaqdır”.
Ndaba Mandela – İctimai fəal, insan hüquqları müdafiəçisi, qlobal lider. "Africa Rising Foundation”nin həmtəsisçisi, rəhbəri. HIV/AIDS diskriminasiyasının sona çatması üzrə UNAİDS-də çalışan ən uzun müddətli səfirdir. "Going to the Mountain: Life Lessons from My Grandfather, Nelson Mandela” kitabının müəllifidir. Ndaba Mandela Cənubi Afrika Respublikasının (CAR) keçmiş Prezidenti, görkəmli dövlət xadimi, lider, aparteidə və rasizmə qarşı mübarizənin qəhrəmanı, demokratiya, azadlıq simvolu, Nobel mükafatı laureatı Nelson Mandelanın nəvəsidir.

Nelson Mandelanın böyütdüyü nəvəsi, davamçısı Ndaba Mandela Azərbaycan mətbuatı tarixində ilk dəfə, eksklüziv olaraq HafizTimes.com-un suallarını cavablandırıb. O, müsahibə zamanı ailəsi ilə bağlı bir çox mühüm məqamlara aydınlıq gətirib, Azərbaycanla bağlı fikirlərini ifadə edib.
HafizTimes.com Nelson Mandelanın nəvəsi Ndaba Mandela ilə özəl müsahibəni olduğu kimi təqdim edir:
– Cənubi Afrikada Yohannesburq, Soweto şəhərində anadan olmuşam. Pretoria Universitetində Siyasi Elm və Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil almışam.

-Uşaqlıq illərinizi necə xatırlayırsınız? Böyüdüyünüz ailədə nə çatışmırdı?
-Uşaqlıq illərim xoş keçib. Şərqi Keyp əyalətində Cofimvaba adlı kiçik bir qəsəbədə nənəmlə birlikdə böyüdüm. Orada isə çatışmayan heç nə yox idi. Bir az yaşım artanda Durbana köçdüm. Sisulu ailəsi ilə yaşadım. Evdə çox adam yaşayırdı. Bir il sonra Sowetoya köçdüm və bu müddət ərzində valideynlərimin yanında yaşadım. Bütün standartlara görə kasıb idim. Qida, pul və s. kimi ümumi şeylər çatışmırdı. Amma ailəm hər zaman əmin idi ki, mən məktəbə gedirəm.
-Nelson Mandellanın nəvəsi kimi böyümək necə idi?
-Babamla ilk dəfə həbsxanadan çıxmadan öncə görüşdüm. O, həbsxanadan çıxanda çox sevinirdik. Bundan sonra həyatım yenidən normallaşdı. 1993-cü ildə o, məni özü ilə yaşamağa apardı. Bundan sonra mənim üçün hər şey dəyişdi. Onun yanında böyümək yaxşı idi. Məktəbə getməyimə çox ciddi yanaşırdı. Məktəbdə yaxşı qiymətlər almağımı istəyirdi. Və həmçinin də otağımın səliqəli olmasını tələb edirdi. O, mənə insanlarla necə rəftar etməyi, yaxşı bir liderin nə etməli yaxud da etməməli olduğunu öyrətdi. Təvazökar olun, bir kitabı üz örtüyünə görə mühakimə etməyin və s. (Sualın müəllifi Səbuhi Musayevdir)

-Nelson Mandela ailəsinin üzvü olmağın ən böyük çətinliyi nə idi?
-Babamız prezident olduğu dövrüdə həmişə diqqət mərkəzində idik. Yalnız ictimai bir şey edə bilməzsən və "düzgün” davranmalısan və s.
-Siz üçün Nelson Mandela kimdir?
-O, mənim atam, babam, yol göstərənim, şimal ulduzum idi. O, məni bu gün olduğum adam etdi.
– "Mandela” soyadı həyatınıza nələr bəxş etdi?
-Bu soyad mənim həyatıma xalqımdan və ümumiyyətlə dünyadan böyük gözləntilər əlavə etdi. Qapıları aça bilərik. Eyni zamanda sizdən də gözlənilir ki, insanların həyatını daha da yaxşılaşdırmaq üçün gözəl işlər həyata keçirin.
Buna görə də mənə çox təzyiq göstərdi. Amma bu mənim üçün yeni bir şey deyil. Çünki mən 8/9 yaşım olanda böyümüşəm. Bu soyad şəxsi həyatımda da uğur qazanmaqla yanaşı, digər insanlar, xüsusən gənclərlə daha çox birlikdə olmaq üçün mənə bir fürsət bəxş edib.

-Babanızın həyatını yaşamaq istərdiniz?
–Xeyr, qətiyyən. Yaşadığım ili və zamanı bəyənirəm. Babamın həyatı çox ağır idi. Həyatın və tarixin müxtəlif dövrlərində yaşamaqla əlaqədar olaraq bəzi müsbət və mənfi problemlər vardı. Mən 27 ilimi heç vaxt həbsdə keçirə bilmərəm. Bu mənim üçün çox olar. (Sualın müəllifi Seymur Yusifdir)

-Nelson Mandella olmaq üçün nəyə sahib olmaq lazımdır?
-Hər zaman lazım olan şey təvazökarlıq, intizam, dürüstlük və cəsarət, cəmiyyətin inkişafına xidmət edən vizyon, ehtiras, mərhəmət və xidmət liderliyi. (Sualın müəllifi Taleh Şahməmmədlidir)
-Babanız Nelson Mandela ilə bağlı ən unudulmaz xatirəniz nədir?
–Bunlardan biri onun ABŞ-ın İraqa hücum etməsinə qarşı çıxış etməsidir. Bu hadisə baş verəndə o, həddindən çox qəzəblənmişdi. Cənubi Afrika yayım stansiyasına getdi və dedi: "BMT mütəxəssisləri kütləvi qırğın silahlarının olmadığı qənaətinə gəlsələr də, ABŞ niyə İraqa hücum etmək qərarını verdi. Çünki onlar ilk dəfə bir afrikalı tərəfindən idarə edildiyi üçün BMT-yə zərər vururdular”. Bu çıxış onun Amerikanın İraqı açıq-aşkar işğal etməsinə qarşı olan qəzəbini və afrikalı qardaşı Kofi Annanla həmrəy olduğunu göstərirdi.

-Nelson Mandela evdə, ailədə, baba kimi necə biri idi?
-Biz onu sevinclə Madiba deyə çağırırdıq. Şən, yaxşı bir insan idi. Hər səhər yeməyindən sonra qəzetləri oxuyurdu. Nəvələrini və təhsili çox sevirdi. Uşaqların hamısının məktəbdə yaxşı oxumalarını istəyirdi. Çünki bir çox uşağın yaxşı məktəbdə oxumaq imkanları yox idi. Əhval-ruhiyyəsi yaxşı olanda hekayə danışmağı da sevirdi.
-Babanızın uğur sirri nə idi?
-Həqiqətən də bilmirəm. O həmişə bəlkə də hazırlıqlı idi, insanları sevən və cəmiyyətimizi daha da yaxşılaşdırmaq istəyən və öz ixtiyarında olan mənbələrdən necə istifadə etməyi bacaran həqiqi bir lider idi.

-Nelson Mandelanın ən böyük faciəsi nə idi?
-Düşünürəm ki, bunlardan biri qəza zamanı oğlunu itirməsidir. Həmin vaxt o həbsdə idi. Oğlu ilə vidalaşa bilmirdi. O, həbsdən çıxanda ikinci oğlunu da (mənim atam) itirdi. O, HIV/AIDS-ə yoluxmuşdu.
-Azadlıq və demokratiya uğrunda həbs edilənlərə siz nə demək istərsiniz?
-Ümidinizdən imtina etməyin. Həqiqət həmişə ortaya çıxacaq və bizi azad edəcək.
-Demokratiya sizin üçün nə deməkdir?
-Xalq öz liderini seçir, 18 yaşdan yuxarı hər kəsin səsvermə hüququ var. Qanunun aliliyi qorunmalıdır, heç kim qanundan üstün deyil. Hər kəsin insan hüquqlarından istifadə etmək hüququ var. Hər kəsin yaxşı təhsil almaq, qanuni təmsil olunmaq hüququ var.

-Nelson Mandela kimi demokrat olmaq istərdiniz?
-Mən də onlardan biriyəm. (Sualın müəllifi Elmar Həsənlidir)
-Məqsədinizə çatmaq üçün nələr edə bilərsiniz?
-Bütün yol boyunca gedin. Amma bu yolun qanuni olduğuna əmin olun.
-Nelson Mandelanın nəvəsinin bu gün ən böyük çətinliyi nədir?
-Düşünürəm ki, diqqəti vacib olanlara yönəltmək lazımdır. Bütün yeni texnologiyalar və sosial medianın gətirdiyi problemlərlə diqqəti yayındırmamalıyıq.
-Siz azadsınızmı? Azadlığın sərhədi var?
-İstədiyim qədər azadam. Ancaq azadlığın məsuliyyətlərlə gəldiyini xatırlayaq. Babamın bir sitatı: "Azad olmaq sadəcə zəncirləri qırmaq deyil, başqalarının azadlığını artıran və qoruyan bir formada yaşamaqdır”.
-Afrikada vəziyyət nə vaxt yaxşı olacaq?
-Xalqın qayğısına qalan düzgün liderləri seçdiyimiz zaman. Hazırda mövcud liderlərin çoxunu yola salanda və yeni nəsil afrikalı liderlərə yol açanda hər şey yaxşı olacaq.

–Sizcə rasizm kimə xidmət edir?
-Yalnız ağ insanlara.
-Sizcə prezident necə olmalıdır?
-Güclü olmalı və öz gücünü xalqının vəziyyətinin yaxşılaşması üçün mənalı şəkildə istifadə edə bilməlidir. Dəyərlərində və prinsiplərində güclü olmalı, xalqını sevməli və bacardığı qədər xalqına xidmət etməlidirlər. Ləyaqətli və sadə olmalıdırlar, ekstravaqant həyat tərzi yaşamamalıdırlar. Hər zaman təvazökar olmalıdırlar
-Hazırda dünyaya ən böyük mesajınız nə olar?
-Heç kim nifrətdən doğulmaz. Əgər bir insan digər insana nifrət etməyi öyrədə bilirsə, demək ona sevməyi də öyrətmək olar. Çünki insanın təbiətinə sevgi nifrətdən daha çox təbii gəlir (Nelson Mandela). Oradakı gənclərə demək istəyirəm ki, xəyal qurun. Xəyallardan qorxmayın.

-Din barədə nə düşünürsünüz?
-Mən dindar deyiləm, spiritualam.
-Azərbaycan, Bakı haqqında fikirlərinizi bilmək istərik. Azərbaycana səfər etmək istərsiniz?
-Bir gün sizin ölkəyə səfər etmək, tarixiniz haqqında öyrəmək və bütün gözəl yerləri və insanları görmək, kollecdə çıxış etmək və gəncləri dünyada görmək istədikləri dəyişiklikləri etmək üçün ruhlandırımaq istərdim.
-Azərbaycanda sizin ailənizi sevənlərə, gənclərə nə demək istərsiniz?
-Çox sağ olun deyirəm. Ailəmi təmsil etmək və sizin kimi ilham vermək fürsətinə sahib olmaq böyük bir qürurdur. Ümid edirəm ki, ölkənizin gəncləri problemləri həll etmək üçün birlikdə çalışırlar. Unutmayın ki, düzgün iş görməyə həmişə vaxt yetişir. Beləliklə, cəsarətli olaq və xəyallarımızı gerçəkləşdirmək üçün çalışaq.
Xəbər lenti
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
Digər xəbərlər
-
Foto, Dünya
Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
Manşet, Foto, Dünya
Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
Manşet, Foto, Dünya
Rusiyalı oliqarx Britaniyadakı malikanəsində asılmış halda tapıldı
-
Foto, Dünya
Ukrayna-Rusiya danışıqları başa çatdı
-
Manşet, Foto, Dünya
Xarkov ətrafında Rusiya ordusunun elit bölmələri əsir alındı
-
Foto, Dünya
Zelenski BMT-də Rusiya əleyhinə səsvermənin nəticələrini paylaşdı
-
Manşet, Foto, Dünya
Xarkova hücum dəf edildi, Rusiya ordusu 40-dan çox texnika itirdi
-
Foto, Dünya
“Kiyev xəyaləti” artıq 16 Rusiya təyyarəsi vurub
-
Foto, Dünya
Kiyevdən 64 km məsafədə rus tanklarının kolonu görüntüləndi