23 il baş nazirin müavini olan Abid Şərifov nəvəsinə Şəkidə istirahət kompleksi tikdirib 23 il baş nazirin müavini olan Abid Şərifov nəvəsinə Şəkidə istirahət kompleksi tikdirib

23 il baş nazirin müavini olan Abid Şərifov nəvəsinə Şəkidə istirahət kompleksi tikdirib
23 il baş nazirin müavini olan, ölkə başçısı tərəfindən "Şərəf, Şöhrət" ordenləri almış Abid Şərifov nəvəsinə Şəkidə istirahət kompleksi tikdirib. Jurnalist Həbib Müntəzir yazır ki, tikintilərin dövlət reyestrinə əsasən, 5 hektardan çox torpaq sahəsində tikilən kompleks 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğlu, Baş nazirin keçmiş müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudova məxsusdur.
"Şəki Park” otel dörd mərtəbəli binadan və ümumi sahəsi 5200 kvadrat metrdən çox olan 1, 2 və 3 otaqlı koteclərdən ibarətdir. Burda qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz, fitnes zalı, sauna, müalicəvi masaj, bilyard salonu, karaoke - bar və digər istirahət obyektləri var. Bundan əlavə kompleksdə suvenir satış məntəqəsi fəaliyyət göstərir. Nicat Mahmudov 2017-ci ildən Londonda yaşayır və orada "Abeona Global Limited” şirkətinə rəhbərlik edir. 2018-ci ildə gənc sahibkarın bu şirkətdə 260 min funt sterlinqdən artıq sərvəti var idi.
Abid Şərifov faktı təsdiqləyib: "Nicat mənim qızımın oğludur. Şəkidə tikinti edib. Amma ona otel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük bir kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?".









Xəbər lenti