21 yaşlı əsgər “tokvurmadan” öldü

21 yaşlı əsgər “tokvurmadan” öldü
Загрузка...
İyulun 26-da Azərbaycan ordusunun əsgəri Ramil Fariz oğlu Cəlilovun nəşinin yaşadığı Bakı şəhərinin Sulutəpə qəsəbəsinə gətirildiyi bildirilir. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, 21 yaşlı Ramil Cəlilovun Ağdamdakı N saylı hərbi hissədə xidmət etdiyi deyilir.
İlkin məlumatlara görə, əsgər elektrik cərəyanı vurması nəticəsində ölüb. Ailəsi ətraflı açıqlama vermək istəməyib. Müdafiə Nazirliyi hadisə ilə bağlı hər hansı məlumat yaymayıb.
Qeyd edək ki, "Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun yaydığı məlumata görə 2019-cu ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 20 hərbi qulluqçu ölüb. Onların 5 nəfəri döyüş, 15 nəfəri isə qeyri-döyüş itkisidir.
Загрузка...
Загрузка...

Xəbər lenti