Daha bir şəhidimiz dəfn olundu Daha bir şəhidimiz dəfn olundu

Daha bir şəhidimiz dəfn olundu
Vətən müharibəsində şəhid olan və aylar sonra nəşi tapılan kiçik çavuş Anar Siyavuş oğlu Nurullayev torpağa tapşırılıb. "Qafqazinfo" xəbər verir ki, 2001-ci il təvəllüdlü şəhidimiz bu gün Sabirabadın Osmanlı kəndində dəfn olunub.
Qeyd edək ki, Anar Nurullayev müharibənin ilk günlərindən ön cəbhədə xidmət edib. Goranboy istiqamətində döyüşlərdə iştirak edən hərbçidən sentyabrın 30-dan bəri xəbər olmayıb. 



Xəbər lenti