Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi
Загрузка...
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib. Criminal.az xəbər verir ki, Sumqayıt şəhər 2 saylı Doğum Evində anestezioloq, reanimatoloq vəzifəsində çalışan, eyni zamanda koronovirusla mübarizə aparan Fərman Süleymanov Covid-19-un qurbanı olub.
Bu barədə mərhumun yaxınları sosial şəbəkədə paylaşım ediblər. 1971-ci il təvəllüdlü F.Süleymanov müalicə olunduğu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyasını dəyişib.

Xəbər lenti