Kimlər "KQB"nin agenti olub? – Sülhəddin Əkbər açıqlayır

06 İyun 2020, 23:24
06 İyun
2020
23:24
1623
1992-1993-cü illərdə Milli Təhlükəsizlik nazirinin birinci müavini olmuş Sülhəddin Əkbər 1993-cü ilin iyununda baş verən və Əbülfəz Elçibəyin hakimiyyətinə son qoyan hadisələrin bəzi təfərrüatlarını 27 ildən sonra açıqlayıb...
S.Əkbər o zamankı proseslərlə bağlı "Azadlıq radiosu"na geniş müsahibə verib. O, müsahibəsində Əbülfəz Elçibəyin Rusiya xüsusi xidmət orqanlarının agenti olması barədə sensasion ittihamlar irəli sürüb. S.Əkbər iddia edir ki, Rusiya xüsusi xidmət orqanları öz adamlarını o dövrdə Azərbaycan Xalq Cəbhəsi rəhbərliyinə yerləşdirilmişdi:
"Həmin vaxt mən təzəcə Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin olunmuşdum. İlk işlərimdən biri agentura şəbəkəsi ilə tanışlıq oldu. Amma cəbhə hakimiyyəti arxivlərin açılmasına imkan vermədi. Hətta bu arxivlər Sülhəddin Əkbərin özü üçün də bağlı oldu. Bunu mən ilk dəfə açıqlayıram, həmin arxivlər İnqilab Komitəsi tərəfindən möhürlənmişdi və bu, qanunsuz idi. Arxivlər açılsaydı, biz bununla çox şey edə bilərdik. Amma siyasi rəhbərlik bizə imkan vermədi. Arxivlərin açılmasına Elçibəy hakimiyyəti imkan vermədi. Mən həmin dövrdə araşdırdım və bəlli oldu ki, fəaliyyətdə olan agentura başqa bir formada saxlanılır. Məhz bunun əsasında araşdırmalara başladım.
Bəlli oldu ki, bu gün bizim milli adlandırdığımız o dövrkü hakimiyyətdə əksinə milli olmayan, zamanında "KQB" ilə əməkdaşlıq etmiş çoxlu sayda rəhbər vəzifələrdə olan şəxslər var. Onlar qanunverici və digər ən yüksək vəzifədə olan şəxslər idi. Mən onlar haqqında məlumatlar topladım, öz əlimlə siyahı tərtib etdim və birbaşa prezidentə məruzə etdim. Bu, çox məxfi məsələ idi. Ancaq prezident mənə həmin dəqiqə cavab vermədi. Mən onu aylarla gözlədim. Prezidentə konkret adlarla məruzə edirdim ki, bu şəxslərlə milli dövlət qurmaq mümkün deyil. Çünki bu adamlar müstəqil hərəkət edə bilməzlər, Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər. Bütün bunlardan sonra nə arxiv açıldı, nə də bu şəxslərlə bağlı tədbir görülmədi, əksinə mənim ətrafımda iş başladı. Məndən xəbərsiz kadr təyinatları başladı, əvvəlki kimi mənə informasiya axını gəlmədi.
Bütün bu işlər Moskvadan idarə olunurdu və Moskvanın Bakıdakı rezidenturası tərəfindən idarə olunurdu". S.Əkbər qeyd edib ki, Əbülfəz Elçibəy hakimiyyətdə yüksək vəzifə tutan şəxslərin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsinə göz yumub: "Mənə dedilər ki, Prezident səni çağırır. Qəbula getdim və gördüm ki, İmam Mustafayev də Prezidentin yanındadır. Əbülfəz bəy, İmam Mustafayevin yanında mənə dedi ki, ərəblər əsrlər əvvəl Qəbələnin Vəndam kəndində qızıl və zinyət əşyaları qoyub gediblər. Əbülfəz bəy mənə təklif etdi ki, gedim o qızılı tapım. Yəni, mən Bakıdan Qəbələyə qızıl axtarışı üçün ezam olundum. Təbii ki, orada heç nə yox idi və mən bunu bilirdim. Ora getdim, bir müddət orada qalmalı oldum. Həmin dövrdə mənə ən yaxın İsa Qəmbər idi. Baş verənləri İsa bəyə danışdım. Sonra isə mənim nazir kimi namizədliyim irəli sürüləndə, Əbülfəz Elçibəy bərk əsəbləşib və açıq şəkildə "siz görün kimi müdafiə edirsiniz" deyib. O, gəlin filankəslərin haqqında filan məlumatları verir, siz isə o adamın Milli Təhlükəsizlik naziri təyin olmasını istədi. Həmin şəxslərin bir neçəsi sonra gəlib mənimlə söhbət elədilər, bu gün də onlar da həyatdadılar".
Xəbər lenti
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
-
13:43XTQ gizirinin də şəhid xəbəri gəldi
-
13:41“Turan”ın məşqçisinin tələbə oğlu intihar etdi
-
12:18Bakıda Lənkəranskinin qardaşının restoranında əməliyyat
-
01:388 yaşlı azərbaycanlı Emili dəfn etmək üçün bir aya yaxındır yer tapmırlar...
-
01:34Ali Məhkəmə "Lider" telekanalının rəhbərliyinə "yox" dedi
-
23:16Tənha ana: Bu haqsızlıq davam etsə, özümü öldürəcəm
-
23:15Azərbaycanda çörəyin qiyməti 20 faiz bahalaşıb
-
23:11Qadın güləşçi: Polislər dedi ki, belə ifadə verməsən, başını qırxacağıq
-
23:09Daha bir şəhidimiz dəfn olundu
-
23:05Azərbaycana qarşı aparılan hibrid müharibə - ƏRƏSTUN ORUCLUNUN YAZISI
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
19 Fevral 2021
18 Fevral 2021
17 Fevral 2021
Digər xəbərlər
-
Manşet, Video, Dosye
Üç il əvvəlin cinayət dosyesi - Səfir oğlunun adı keçən müəmmalı ölüm
-
Video, Dosye
Kimlər "KQB"nin agenti olub? – Sülhəddin Əkbər açıqlayır
-
Manşet, Foto, Video, Dosye
Eks-deputatın oğlunu dəhşət saçan ölüm işinə pərçimləyən ifşaedici suallar – QATI AÇILMAYAN CİNAYƏT
-
Manşet, Foto, Video, Dosye
Həkim ailəsindəki dəhşətli qətlin sifarişçisi kimdir? - "Nərmin cinayəti" ilə oxşar SENSASİON PARALELLƏR
-
Sənəd, Manşet, Foto, Video, Dosye
Deputat oğlu həbsdəki dələduz şərikinə ayda 500 manat göndərməyə boyun olub – 8 milyonluq dələduzluq işinin sirri açılır
-
Manşet, Video, Dosye
Hərbi təyyarəni raketlə vurublar - ekspertdən SENSASİON İDDİA
-
Manşet, Video, Dosye
"Mən Kəmaləddin Heydərovun killeri olmalı idim..."- Hərbi polisin keçmiş mayoru 24 il saxladığı sirri açdı
-
Foto, Video, Dosye
"Ее похитили, пока я спала". Интервью с дочерью чеченской правозащитницы Натальи Эстемировой, убитой десять лет назад
-
Sənəd, Manşet, Foto, Video, Dosye
“Meyidini sellofanda basdırdılar, mollanı qorxutdular ki, ona namaz qılmasın, xaindi” – Tankçı Mirzəliyevin dəhşət saçan ölümü