Hüquq müdafiəçisi həbs edildi

Hüquq müdafiəçisi həbs edildi
Загрузка...
 Tanınmış hüquq müdafiəçisi Elçin Məmmədhəbs edildi. Criminal.az-n məlumatına görə, hüquq müdafiəçisi dünən Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu gün isə məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Sumqayıt Şəhər Məhkəməsi "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" QHT-nin rəhbəri Elçin Məmmədi 3 ay müddətinə həbs edib. O, Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddə ilə ittiham olur. 
Martın 30-da Elçin Məmməd saxlanılıb və onun barəsində tutma protokolu tərtib olunub. Onun rəhbərlik etdiyi "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" adlı təşkilatın ofisində axtarış aparılıb. Cinayət işində adı keçən zinət əşyaları ofisdən çıxıb. Üstəlik də doqquz ədəd patron aşkar olunub. Elçin Məmməd evə zəng vuranda özü bu əşyaların ora kiminsə tərəfindən qoyulduğunu vurğulayıb və onun tərəfindən ora qoyulmadığını bildirib.
Xatırladaq ki, A.Mustafayeva bir müddət əvvəl səs-küylü videomüraciəti ilə gündəmə gəlmişdi. O, müraciətində ölkə başçısı İlham Əliyevə probleminin həll edilməyəcəyi halda Ermənistana keçəcəyi mesajını vermişdi və məmin müraciət Criminal.az saytımda yayılmışdı. Ölkə rəhbərini düşmən ölkə ilə təhdid edən A.Mustafayeva daha sonra Criminal.az saytının baş redaktoru Anar Məmmədovda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdi. 

Xəbər lenti