Salyanda polis tərəfindən zorlandığı deyilən 21 yaşlı qızın istintaqda dedikləri: "Avtomobildə onunla cinsi əlaqədə oldum..."

26 Yanvar 2020, 17:53
26 Yanvar
2020
17:53
8331
Son günlər sosial şəbəkələrdə Salyan rayonunda polis zabitinin 21 yaşlı qızı zorlaması və həmin qızın onu bıçaqlaması geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə iştirakçıları baş verənlərdə polisi ittiham edir və onun hərəkətlərini polis adına yaraşmayan hesab edirlər.
Söhbət Salyan rayon Polis Şöbəsinin təhqiqat şöbəsinin rəisi, polis kapitanı Həmzə Əzizovdan gedir. İddialara görə, H.Əzizov 21 yaşlı Salyan sakini Aytəkin Abıyevanı zorlayıb və qız öz qisasını ondan bıçaqlamaqla alıb. A.Abıyevanın istintaqda verdiyi ilkin ifadəni əldə etmişik. Oxucuların marağını nəzərə alaraq həmin ifadəni oxuculara təqdim edirik.
A.Abıyeva artıq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Abıyeva 7 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 29,120.2.3-cü maddəsi ilə təqsirləndirilib.

Həmzə Əzizov
Aytəkin Abıyevanın istintaqa verdiyi ifadəsindən: "Razılığım olmadan valideynlərim məni xalam oğlu Elşad Tağıyevə ərə veriblər. 2019-cu il iyunun 23-də Salyanda qız toyu, avqusun 8-də isə oğlan toyu olub və onlar rəsmi nigaha daxil olublar. Avqustun 15-dək Elşadın Salyandakı evində qalıblar. Sonradan Elşadın işi ilə əlaqədar Bakıda Mərdəkan qəsəbəsinə köçüblər. Elşadı sevmədiyi üçün onunla yaşamamaq qərarına gəlib evdən qaçmağı düşünməyə başladım. Qaçmamışdan əvvəl əvvəlki sevgilim Əlisahibə zəng edib qaçacağım barədə məlumat verdim.

"O, məni Salyan rayonunda kirayə tutduğu evə gətirdi..."
Avqustun 18-də ərimdən gizlin evdən qaçıb Bakıda Əlisahiblə görüşdüm. O, məni Salyan rayonunda kirayə tutduğu evə gətirdi. Təxminən 3 gün Əlisahiblə bir yerdə qalandan sonra valideynləri onu axtardığından ayrılmalı olduq. Əlisahibdən ayrılandan sonra təxminən 2-3 ay əvvəl tanış olaraq sevgili olduğum Salyan rayonu, Quycu kənd sakini Xəyalın mobil telefonuna zəng edib onunla bir gecə qaldım. Ertəsi gün Xəyalla qalmaq istəməyib Bakıya getdim. Evdən qaçmaq barədə valideynlərinə xəbər vermək üçün Səbail rayonu 8-ci polis bölməsinə getdim. Bölmənin əməkdaşları anamı və qardaşımı çağırıb məni onlara təhvəl verib. Bir müddət anamla Bakı şəhərində əmimin evində, sonra Salyan şəhərində atam evində yaşamışam. Sonra evdən qaçdığına görə ərim Elşad Salyan rayon Məhkəməsinə boşanmaq üçün müraciət edib. Atam evində qaldığım müddətdə əvvəllər tanış olduğum Ceyhun adlı oğlanla gizli işlətdiyim mobil telefonla sevgili kimi danışmağa başladım.
Ceyhunla gizli danışdığımı anam yaşadığım evdə gördü, qardaşıma və atama dedi, özü isə məni döydü. Bu səbəbdən atam evində yaşamaqdan bezib tək yaşamaq qərarına gəldim və sentyabrın 10-da evdən qaçıb Salyan şəhərində küçələrdə gizləndim.
"Avtomobili ilə gəlib Salyanın mərkəzindən götürüb tanımadığım kənddə çöllük əraziyə apardı"
Həmin gün tanımadığım Həmzə adlı polis kapitanı Həmzə və adını bilmədiyim iki polis əməkdaşı məni Salyanda Kukla teatrının yanında tapıb polis şöbəsinə gətirdi və valideynlərimə təhvil verdi. Polisdən qaçdığına görə anası və qardaşı ilə birlikdə sentyabrın 14-də polis şöbəsində Həmzəyə və adını bilmədiyi başqa bir təhqiqatçıya izahat verdim. Orda həmzə mənə özünün mobil nömrəsini və növbətçi hissənin telefon nömrəsini verərək, kiminsə tərəfindən hansısa problemlə qarşılaşsam zəng edib ona xəbər verməsini istədi. Unutduğum üçün mobil telefonumu həmin polis şöbəsində qoydum.
Polis şöbəsindən çıxıb evə gedərək orada yaşamağa davam etdim. Sentyabrın 16-da saat 12 radələrində atam evində yaşamaq istəməyib yenidən qaçıb rayon mərkəzinə gəldim. Ev paltarında çıxdığıma görə Firuzə mağazasından anama məxsus pulla özümə təzə paltar aldım. Telefonum olmadığı üçün yoldan keçən tanımadığım yaşlı kişinin telefonu ilə Xəyala zəng edib evdən qaçdığımı və onunla görüşmək istədiyimi bildirdim. Günorta saatlarında Xəyal avtomobili ilə gəlib Salyanın mərkəzindən götürüb tanımadığım kənddə çöllük əraziyə apardı. Orada avtomobilin içərisində könüllü onunla cinsi əlaqədə oldum".
A.Abıyeva ifadəsində H.Əzizovla necə görüşməsini deyib: "Daha sonra Xəyal məni Seyidsadıqlı kəndində Hüseynağa adlı kişinin evinə apardı. Orada 1-2 saat söhbət etdikdən sonra təxminən saat 9-10 radələrində polisdə qalmış telefonunu götürmək məqsədilə Hüseynağanın mobil telefonu ilə baş təhqiqatçı Həmzənin mənə verdiyi nömrəsinə zəng edərək telefonumu götürmək istədiyimi bildirdim. Həmzə mənlə görüşüb telefonu verəcəyini söz verdi və Mahirənin aptekinin yanına gəlməyimi istədi.
"Bıçağı götürüb şalvarımın belinə qoyub koftamı üstünə çəkib gizlətdim"
Bundan bir neçə dəqiqə sonra Xəyalla evdən çıxdıq və evin yaxınlığında ayrıldıq. Xəyal avtomobili ilə kəndə getdi, mən isə avtobus dayanacağı axtardım. Avtobus dayanacağının yerini soruşmaq üçün yenidən evə qayıdıb Hüseynağanın otağına daxil olub dayanacağın yerini soruşdum. Hüseynağa otaqdan çıxandan sonra masanın üzərində olan bir ədəd qara rəngli mətbəx bıçağını götürdüm. Evdən qaçdığımı valideynlərim bilim məni axtaracağını düşünüb Salyan şəhərində onlarla rastlaşacağımı ehtimal etdim. Salyanda valideynlərimlə rastlaşanda onlara və ya özümə xəsarət yetirərək qaçmaq məqsədilə bıçağı götürüb şalvarımın belinə qoyub koftamı üstünə çəkdim.

Bıçağı götürüb evdən çıxandan sonra pulum az olduğundan Hüseynağadan 3 manat alıb dayanacağa getdim və saat 11 radələrində Mahirənin apteki deyilən yerin yaxınlığına gəldim. Aptekə yaxın olan, adını bilmədiyim yeməkaxanaya gedərək oranın sahibinin mobil telefonu ilə Həmzəyə zəng edib vədələşdiyimiz yerdə olduğumu bildirdim. O, bir neçə dəqiqəyə orada olacağını dedi. Aradan bir neçə dəqiqə keçsə də Həmzə gəlib çıxamadı. Yenidən həmin telefonla Həmzəni yığıb onu gözlədiyim haqda məlumat verdim.
"Həmzədən hara getdiyimizi soruşanda dedi ki, məni Bakıya aparır"
Bundan 4-5 dəqiqə sonra Həmzə özünü idarə etdiyi qara rəngli Lexus markalı avtomobili ilə gəlin yanımda dayandı. Mənə avotomobilə minməyimi istədi. Mən arxa oturacaqda ortada əyləşdim. Avtomobilə əyləşən kimi Həmzə avtomobili ilə irəli hərəkət etdi, bir qədər getdikdən sonra sola dönərək Ə.Hüseynov küçəsi ilə yoluna davam etdi. Həmzədən hara getdiyimizi soruşanda dedi ki, məni Bakıya aparır".
P.S. H.Əzizovun qız tərəfindən bıçaqlanması ilə bağlı məlumat ilk olaraq Criminal.az saytında dərc olunub. Polis zabiti həmin məlumata görə, saytın baş redaktoru Anar Məmmədova qarşı Ağdam rayon Məhkəməsində iddia qaldırıb və jurnalistdən 10 min manat təzminat tələb edir.
Ardı var...
Xəbər lenti
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
-
13:43XTQ gizirinin də şəhid xəbəri gəldi
-
13:41“Turan”ın məşqçisinin tələbə oğlu intihar etdi
-
12:18Bakıda Lənkəranskinin qardaşının restoranında əməliyyat
-
01:388 yaşlı azərbaycanlı Emili dəfn etmək üçün bir aya yaxındır yer tapmırlar...
-
01:34Ali Məhkəmə "Lider" telekanalının rəhbərliyinə "yox" dedi
-
23:16Tənha ana: Bu haqsızlıq davam etsə, özümü öldürəcəm
-
23:15Azərbaycanda çörəyin qiyməti 20 faiz bahalaşıb
-
23:11Qadın güləşçi: Polislər dedi ki, belə ifadə verməsən, başını qırxacağıq
-
23:09Daha bir şəhidimiz dəfn olundu
-
23:05Azərbaycana qarşı aparılan hibrid müharibə - ƏRƏSTUN ORUCLUNUN YAZISI
-
17:36Bakıda gecəyarısı atışma – daş karxanasında baş verən hadisənin təfərrüatı
-
16:45Hansı məhbuslar əfv olunacaq?– Komissiya üzvü AÇIQLADI
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
19 Fevral 2021
18 Fevral 2021
17 Fevral 2021
Digər xəbərlər
-
Manşet, Foto, Dosye
Milyardlarla dolları Avropada "yuyan" Zaur Balayev istintaqa kələk gəlmək istədi - "RÖVŞƏN LƏNKƏRANSKİNİ ŞƏXSƏN TANIDIĞINI, QƏTLLƏR HAQDA BİLDİYİNİ DEYİRMİŞ...
-
Manşet, Foto, Dosye
İzlənildiyi ilə bağlı Əbiyevlə Mahmudova raport verən generalın qətlindən 12 il ötdü
-
Manşet, Foto, Dosye
Akif Çovdarovun vəkilindən sensasion müsahibə - “Tağı Əhmədovu onun üzünə durmağa məcbur etmişdilər”
-
Manşet, Foto, Dosye
Mübariz Mənsimovdan növbəti sərt məktub: "Yalnışmı yapdım sayın Ərdoğan?"
-
Manşet, Foto, Dosye
Oqtay Əsədovun terror şəbəkəsinin üzvü ilə fotosu üzə çıxıb
-
Manşet, Foto, Dosye
Elmira Axundovaya pul daşıyan şəxsin fotosu yayıldı
-
Manşet, Foto, Dosye
Salyanda polis tərəfindən zorlandığı deyilən 21 yaşlı qızın istintaqda dedikləri: "Həmzənin sağ yanına bir zərbə endirib bıçağı çıxardım..."
-
Manşet, Foto, Dosye
Salyanda polis tərəfindən zorlandığı deyilən 21 yaşlı qızın istintaqda dedikləri: "Avtomobildə onunla cinsi əlaqədə oldum..."
-
Audio, Manşet, Foto, Dosye
Həbib Axundovun sifarişini yerinə yetirən polis haqqında ŞOK faktlar