Sabiq icra başçısı vəfat etdi Sabiq icra başçısı vəfat etdi

Sabiq icra başçısı vəfat etdi
Загрузка...
Saatlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Gülhüseyn Əhmədov vəfat etdi. Criminal.az saytına daxil olan məlumata görə, xeyli müddətdi ağır xəstəlikdən əziyyət çəkən sabiq başçı bu dəqiqələrdə dünyasını dəyişib.
Gülhüseyn Əhmədov 1955-ci il iyunun 20-də Saatlı rayonunun Qaracalar kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib və biologiya elmləri namizədidir. 1977-ci ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, analitik, baş elmi işçi olub. 1989-cu ildən Abşeron Rayon Məmmədli Tərəvəzçilik-Südçülük Aqrar İstehsalat Birliyinin baş aqronomu, Abşeron Rayon Aqrar-Sənaye Kombinatının aparıcı aqronomu, 1992-ci ildən "Qaracalar" kiçik müəssisəsi direktorunun müavini vəzifələrində çalışıb. 1993-2005-ci illərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı işləyib. 2005-ci il noyabrın 6-da 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilib. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olub.

Xəbər lenti