Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Vilayət Eyvazovdan yeni - TƏYİNAT
Загрузка...
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. Oxu.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Mərdan Mehdiyev Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünün komandiri vəzifəsinə təyin edilib. O bundan əvvəl BDYPİ-yə tabe olan Yol Patrul Xidmət alayının 3-cü tağım komandiri olub.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumatı saytımıza təsdiqləyib.
Qeyd edək ki, bir müddət əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov Sumqayıt Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Загрузка...
Загрузка...

Xəbər lenti