Əli Kərimlinin ofisini dağıdan, Qənimət Zahid və Eynulla Fətullayevi qandallayan polkovnik ölkədən qaçıbmış– QAÇQIN KAMPINDAN GİZLİ FOTO Əli Kərimlinin ofisini dağıdan, Qənimət Zahid və Eynulla Fətullayevi qandallayan polkovnik ölkədən qaçıbmış– QAÇQIN KAMPINDAN GİZLİ FOTO

Əli Kərimlinin ofisini dağıdan, Qənimət Zahid və Eynulla Fətullayevi qandallayan polkovnik ölkədən qaçıbmış– QAÇQIN KAMPINDAN GİZLİ FOTO
Загрузка...
Məhkəmə qarşısına çıxarılan ədliyyə polkovnik-leytenantı, keçmiş vəkil Vüqar Poladovun keçmişi və gizli əməlləri üzə çıxıb. Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ittiham olunan V.Poladov Ədliyyə Nazirliyinin İcra Baş baş məsləhətçisi.olub. Criminal.az saytına daxil olan məlumata görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ofisinin dağıdılmasına rəhbərliyi şəxsən özü edib.
Bundan başqa, Gürcütsana gedərək mühacir kimi qaçqın kampında qalıb. O, Norveçə gedərək siyasi sığınacaq almaq istəyib, hətta bunun üçün Gürcüstanın daxili işlər naziri ilə danışıqlar da aparıb.
V.Poladovun əməsi Namiq Poladov əvvəllər Müdafiə Nazirliyi(MN) Büdcəyə Nəzarət və Maliyyə İdarəsinin rəisi olub. General-mayor Namiq Poladov hazırda həmin nazirliyin İnspeksiya İdarəsinin rəisidir. 
V. Poladov Criminal.az saytına açıqlamasında əmisinin general olmasını, Ə.Kərimlinin ofisinin dağıdılmasını həyata keçirməsini, o cümlədən Gürcüstanda sığınacaqda olmasını təsdiqlədi:
"Qənimət Zahidi və Eynulla Fətullayevi də mən tutmuşam. Onların qoluna qandalı da mən vurmuşam. Qənimət də günahımdan keçib. Bütün incəlikləri Əli Kərimli bilir. Qənimətin qoluna qandalı Yasamal rayon Məhkəməsində vurmuşam. Nazir müavini dedi qandalla, mən də etdim. Qənimət artıq məni bağışlayıb".

Ədliyyə polkovniki Ə.Kərimlinin ofisinin dağıtması haqda da danışıb: "Həm keçmiş Azadlıq qəzetinin binası, həm də partlayan ofis. Hamısı mənim törətdiyim əməllərdir. İndi başa düşürsən də mən onlar üçün real və ciddi düşmənəm. Mən danışmırdım, edirdim. Ofisdən başqa Əli Kərimlinin yeganə qazanc yeri olan Həsən Əliyev küçəsində yerləşən qarajları obyekt etmişdi. Əllərində dayandırma qərarı ola-ola saldım ekskavatorun altına, halbuki cəbhəçi deputatlar durmuşdur maşının qabağında, onların qolunu burub çıxartdım. İndi onlar deputat deyirlər. Əli Kərimlinin Həsən Əliyev küçəsində qəşəng bir obyekti var idi. Moyka, təmir yağdəyişmə. Qanuni çıxarışı var idi. Nəsimi rayon məhkəməsi qətnamə yox, adi qərardad çıxarmışdı ki, iddiaya mahiyyəti üzrə baxılanadək fəaliyyəti dayandırılsın. Məndə o dayandırmanı müxalifətin düşməni olmaqla özüm istədiyim kimi başa düşüb sökdüm oranı. Hətta o vaxt deputat Qulamhüseyn Əlibəyli gəldi, həmin qərardadın Apellyasiyanın qərarı ilə ləğv olunduğu barədə qərar göstərdi. Dedim bu qərar hələ girməlidir dəftərxanaya, qeydiyyatdan keçməlidir, sabah gəlməlidir. Mən isə bu gün buranı uçuracam. Orada Əlinin əmisi oğlu İnqilab da iştirak edirdi. İndi həmin yerdə artıq çoxmərtəbəli bina var. O vaxt isə heç bina söhbəti getmirdi.
Mən isə müxalifətin düşməni 2010-cu ildə elan olundum və onlar qərara gəldilər ki, məni nə vaxtsa məhv etsinlər. Cinayət işimi araşdıran korrupsiyanın müstəntiqi Kazım Həmzətovun adını isə Musavatın sədri Arif Hacılı deyib. O məclisdə demişdir ki, indi biz 2003-cü ildən də güclüyük ona görə ki, sakit durmuşuq, səs salmamışıq və bizim uşaqlarımız müəyyən vəzifə tutublar. O demişdir ki, Korrupsiyada mənim yerlim var Kazım. Nə vəzifəni demişdir nə soyadını. Amma Korrupsiyada o bölgədən Kazımdan başqa heç kim işləmir. Həmin məclisdə məni tez bir zamanda zərərsizləşdirməsi məsələsi durmuşdur. O siyahıda 2-ci adam Nərimanovun icra başçısı Abdin Fərzəliyevdir. Bizi müxalifət xüsusi ilə sevmir və nifrət edir. Nə demişdilər o da oldu. Kazım sadəcə onların əmrini icra edib”.

V.Poladov Gürcüstanda kampda olmağının səbəbini də açıqladı:
"Mən Avropada yaşamaq istəyirdim. İstədim daimi yaşayış hüququ alım. Keçmiş SSRİ-dən yalnız 2 dövlət Beynəlxalq Qorunma Haqqında Konvensiyaya qoşulub. Getdim orada Humanitar status aldım. O statusu 0,1 % yəni 1.000 nəfərdən biriniə verirlər. Onu da mənə kömək etdilər. Gürcüstanın daxili işlər naziri ilə şəxsi dostluğum var. Qeorqiy Qaxariya ilə. O məndən kiçikdir 1 yaş. Çoxdan tanıyırıq bir birimizi. Məni qoymurdu Azərbaycana qayıtmağa. Mən səhv etdim. Həmin statusla mən getdim 4 ay Norveçin Stafanqer şəhərində yaşadım. Amma bunları heç kim bilmir. Təkcə atam, anam və qardaşım bilir. Bir də Gürcüstanın daxili işlər nazirliyi..”.
Xatırladaq ki, V.Poladovla birlikdə Misir Əmirov da təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onlar barəsində cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Əliyevin icraatına verilib. V.Poladov uzun müddət İctimai Televiziyada "İcra məmuru" rublikasının daimi müsahibi olub və ölkədə məhkəmə qərarlarının icrası ilə bağlı hesabatlar verib.
Sonradan həmin sistemdən uzaqlaşıb və vəkil kimi fəaliyyətə başlayıb. 12 saylı vəkil bürosunun vəkili olub. Həmin büronun rəhbəri ədliyyə naziri Fikrət Məmmədovun oğlu Fariz Məmmədovdur.
V.Poladov Vəkillər Kollegiyasının mərhum sədri Azər Tağıyevin qızı ilə nişanlı olub. Sonradan evlilik baş tutmayıb. Hazırda isə tanınmış məhkəmə hakimi ilə sevgi münasibəti var.
V.Poladov dövlət xadimi, uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuş Möhsün Poladovun nəvəsidir.
Загрузка...
Загрузка...

Xəbər lenti