Mərhum jurnalist Elmar Hüseynovun doğum günüdür

Mərhum jurnalist Elmar Hüseynovun doğum günüdür
Загрузка...
Bu gün mərhum jurnalist Elmar Hüseynovun doğum günüdür. Criminal.az-ın məlumatına görə, yüksək vəzifəli məmurları sərt tənqid edən jurnalist 2005-ci ilin martın 2-də muzdlu qatil tərəfindən Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. E.Hüseynova 7 güllə atılıb. Dörd güllə bədəninin müxtəlif nahiyələrinə, o cümlədən qarnına və ürəyinə dəyib. Hadisə yerindən təxminən 150 metr kənarda markalı səsboğuculu "PSM" tapançası tapılıb.
Prezident İlham Əliyev qətli pisləyib və cinayətkarların məsuliyətə cəlb olunacağını deyib. İstintaq isə qatilləri müəyyən etdiyini, amma xaricə qaçdığından tuta bilmədiyini deyir. Jurnalistin qatilləri hələ də cəzasız qalıb. 
Qətlə yetirilən zaman "Monitor" jurnalının naşiri və baş redaktoru idi. Elmar Hüseynov 17 iyul 1967-ci ildə Bakıda anadan olub. 1983-cü ildə Əzizbəyov rayonundakı 234 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutna daxil olub. 1985-87-ci illərdə sovet ordusunda xidmət edib. Daha sonra jurnalist fəaliyyəti ilə məşğul olub. "Bakı Bulvarı” və "Monitor” jurnalının baş redaktoru olub.
2006-cı ilin sonlarında həyat yoldaşı Ruşaniyyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib. Elmar Hüseynovun qəbri ikinci Fəxri Xiyabandadır.
Загрузка...
Загрузка...

Xəbər lenti