AXCP fəalı həbs edilib

AXCP fəalı həbs edilib
Загрузка...
Fevralın 22-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Tofiq Məmmədov həbs edilib. Digər fəal, AXCP Beyləqan rayon şöbəsinin üzvü Ayət İsmayılovun isə fiziki zorakılığa məruz qaldığı bildirilir. Ayərt İsmayılov Amerikanın Səsinə bildirib ki, fevralın 22-də gecə Bakıda "Azadlıq" metrosundan çıxıb evə gedirkən 4 nəfər polis formasında, 1 nəfər isə mülki geyimli şəxs tərəfindən saxlanılıb.
"İki gündür tez-tez raslaşdığm adamlar tərəfindən saxlanıldım. Mənə onlarla getməyimi söylədilər. Mən isə evə gedirəm, gecdi dedim. Onlar məni məcburi aparmaq istəsələr də getməyəcəyimi bildirdim. Sonra məni döyməyə başladılar. Üzümə dubinka ilə vurdular dodağım zədələndi, dişim laxladı, gözümün altına və böyrəklərimə zərbələr vurdular və sonra azad buraxdılar. Hər hansı səbəb göstərmədilər," İsmayılov Amerikanın Səsinə bildirib.
O facebook səhifəsində üzündə qançır və qan izləri olan fotosunu da yayıb. AXCP-nin məlumaına görə isə partiyanın fəalı Tofiq Məmmədov fevralın 22-də Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən saxlanılıb.
"Fevralın 23-də Nəsimi rayon Məhkəməsi polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə Məmmədovu 15 gün inzibati həbsə məhkum edib," AXCP-dən Amerikanın Səsinə bildiriblər.
Rəsmi qurumlar AXCP-nin həbs edilən və fiziki zorakılığa məruz qaldığını bildirən fəalı ilə bağlı hələ hər hansı məlumat yaymayıb. Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinq ərəfəsində və mitinqdən sonra AXCP-nin altmışdan çox fəalı saxlanılıb. Onlardan 41 nəfəri inzibati həbsə məhkum edilib. Partiyanın 21 fəalı 200 manatdan 500 manatadək, o cümlədən AXCP sədri Əli Kərimli 2500 manat inzibati qaydada cərimə olunub.
Загрузка...
Загрузка...

Xəbər lenti